
Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
Digər
05.06.2025
Emil Nəcəfov
5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” həmrəylik marafonu keçirilib.
Xaçmaz rayonunun İstisu qəsəbəsində Xəzər sahil zolağında baş tutan aksiyada ümumilikdə 847 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil verilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə Kapital Bank-ın Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 57 nəfər əməkdaş könüllü olaraq qoşulub.
Aksiyanın əsas məqsədi cəmiyyətə tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanmasının vacibliyini aşılamaq, eyni zamanda sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.

Layihə barədə fikirlərini qeyd edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il üçün elan etdiyi “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə Qırmızı Ürəklər Fondu və Kapital Bank tərəfindən start götürən bu marafon mütəmadi olaraq həyata keçirilir. Məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılması, eyni zamanda sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi
2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib. “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsepti ilə baş tutan forum Qarabağ bölgəsində təhsilin və insan kapitalının inkişafına həsr olunmuş aparıcı platforma olaraq çıxış edib.
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür” sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb.
Kapital Bank rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü

Kapital Bank rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü
Ölkənin birinci bankı Kapital Bank Visa şirkətinin keçirdiyi qiymətləndirmədə 4 nominasiya üzrə mükafat qazanıb. Bu mükafatlar Kapital Bank-ın müxtəlif hədəf qruplarına yönəlik yenilikçi və funksional həllərinin uğurla tətbiq olunduğunu bir daha təsdiqləyir.
Birbank-da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin

Birbank-da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin
Birbank-lılar artıq daha çox qazanırlar. Bankın yeni məhsulu, Yığım hesabı müştərilərə illik 7% gəlir və hesablanan faizə faiz qazanmaq şansı yaradır. Dollar valyutasında isə bu qazanc 2.5% təşkil edir. Məhsulun ən cəlbedici tərəfi gəlirlərin gündəlik hesablanmasıdır.
Kapital Bank-ın 30 000 000 AZN həcmində istiqrazlarının yerləşdirilməsi başa çatdı

Kapital Bank-ın 30 000 000 AZN həcmində istiqrazlarının yerləşdirilməsi başa çatdı
Kapital Bank-ın ümumi dəyəri 30 000 000 (otuz milyon) AZN olan və yüksək gəlirlilik təklif edən istiqrazlarının abunə yazılışı 21 may 2025-ci il tarixində Bakı Fond Birjasında başa çatıb.
Həftənin xəbərləri

