
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
Digər
12.08.2025
Emil Nəcəfov
Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Sıfır Tullantı” Həmrəylik Marafonu bu dəfə Lənkəranda baş tutub. Layihə 12 avqust – Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Gününə həsr edilib.
Aksiya çərçivəsində Xəzər dənizinin sahil zolağında genişmiqyaslı təmizlik işləri aparılıb və ümumilikdə 768 kiloqram məişət tullantısı toplanılaraq aidiyyatı üzrə təhvil verilib. Aksiyaya Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonunu əhatə edən filiallarının əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və könüllülər qoşulub.
Marafonun əsas məqsədi cəmiyyətdə ətraf mühitin qorunmasının vacibliyini təbliğ etmək, həmçinin sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.

Tədbir zamanı açılış nitqi ilə çıxış edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki Xəzər dənizi xalqımızın ən dəyərli təbii sərvətlərindən biridir və onun qorunması hər birimizin mənəvi borcudur. “Sıfır Tullantı Həmrəylik Marafonu yalnız təmizlik aksiyası olmaqla məhdudlaşmır. Bu layihə cəmiyyətdə ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətinin formalaşmasına xidmət edən genişmiqyaslı ictimai hərəkatdır. Məqsədimiz təbiətə sahib çıxmaq və gələcək nəsillərə daha sağlam ekoloji mühit bəxş etməkdir”.
Ətraflı məlumat: https://shorturl.at/9K9p2
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı

Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
1 avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexanizmi yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət məntəqələrində etdikləri ödənişlərə görə artıq keşbek deyil, limitsiz Umico bonusları qazanırlar. Bu dəyişiklik daha çox qazanc imkanı yaradır və müştəri təcrübəsini daha da zənginləşdirir.
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Bu il keçirilən 5-ci “Yüksəliş” müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək göstəricidir. Məhz bu münasibətlə Azərbaycanın ən böyük maliyyə qurumu olan Kapital Bank-da xüsusi görüş baş tutub.
Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”

Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
Hər zaman innovativ, rəqəmsal həllər təqdim edən Birbank, Trendyol onlayn alış-veriş platformasında “İndi al, sonra ödə” ödəniş üsulunu təqdim edir. Yeni məhsul müştərilərə daha rahat və çevik alış-veriş imkanı yaradaraq onların istədikləri məhsulu istədikləri zaman əldə etməsinə imkan yaradır.
Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub.
Kapital Bank-ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu

Kapital Bank-ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
Təhsil işçilərinin maliyyə əlçatanlığı artıq daha rahat oldu. Belə ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə çoxfunksional TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu.
Həftənin xəbərləri

