
70 000 Discord istifadəçisinin şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlər sızdırılıb
Təhlükəsizlik
09.10.2025
Emil Nəcəfov
Discord platforması bildirib ki, texniki dəstək xidməti göstərən üçüncü tərəf provayderinin sisteminə edilmiş kiberhücum nəticəsində təxminən 70 000-ə yaxın istifadəçinin şəxsi məlumatları, o cümlədən şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin fotoları sızdırıla bilərdi. Hadisə şirkətin yaş təsdiqi müraciətlərini emal etmək üçün istifadə etdiyi Zendesk sistemində baş verib. Discord nümayəndəsi Nu Wexler bildirib ki, guya 2.1 milyon foto və 1.5 terabayt məlumatın sızması barədə xəbərlər həqiqətə uyğun deyil və bu iddialar kibercinayətkarlar tərəfindən şantaj məqsədilə istifadə olunur. Onun sözlərinə görə, məsələ Discord platformasının özünün sındırılması ilə bağlı deyil, texniki dəstək xidmətləri göstərən üçüncü tərəf provayderinin sisteminin komprometasiya olunması ilə əlaqədardır.

Şirkət dünyada zərərçəkmiş hesablar arasında təxminən 70 000 istifadəçini müəyyən edib - onların rəsmi şəxsiyyət vəsiqələrinin şəkilləri açıqlanmış ola bilər. Bu görüntülər provayder tərəfindən yaş təsdiqi ilə bağlı müraciətlərin baxılması üçün istifadə olunurdu. Wexler vurğulayıb ki, Discord tələb olunan pulu ödəmək niyyətində deyil və artıq həmin provayderlə əməkdaşlığı dayandırıb. Şirkət hazırda hüquq-mühafizə orqanları, məlumatların qorunması üzrə tənzimləyici qurumlar və kibertəhlükəsizlik sahəsində xarici ekspertlərlə birgə işləyir. Bundan əlavə, ötən həftə platforma bildirib ki, hadisə zamanı bəzi istifadəçilərin adları, giriş məlumatları, e-poçt ünvanları, kredit kartı nömrələrinin son 4 rəqəmi və IP ünvanları da sızdırıla bilərdi. Problemdən təsirlənmiş bütün istifadəçilərə bu barədə bildiriş göndərilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Şimali Koreya hakerləri 2025-ci ilin əvvəlindən 2 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar

Şimali Koreya hakerləri 2025-ci ilin əvvəlindən 2 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar
Elliptic mütəxəssislərinin hesablamalarına görə, bu ilin əvvəlindən Şimali Koreyadan olan hakerlər ümumilikdə 2 milyard dollardan çox dəyərində kriptovalyuta aktivlərini ələ keçiriblər - bu, Şimali Koreya kibercinayətkarları üçün rekord göstəricidir.
Hakerlər Huawei-nin konfidensial məlumatlarını əldə etdiklərini bildiriblər

Hakerlər Huawei-nin konfidensial məlumatlarını əldə etdiklərini bildiriblər
Kibercinayətkarlar Huawei şirkətinin daxili repozitoriyalarını sındırdıqlarını və oradan guya məxfi mənbə kodlarını və tərtibat vasitələrini ələ keçirdiklərini bildiriblər. Sızmanın baş verdiyi hələlik təsdiqlənməyib, lakin hakerlərin iddiaları doğru olarsa, bu, şirkət və onun dünyanın müxtəlif ölkələrindəki müştəriləri üçün ciddi risklər yarada bilər.
Fransada Apple istifadəçilərinin Siri üzərindən dinlənilməsi barəsində istintaqa start verilib

Fransada Apple istifadəçilərinin Siri üzərindən dinlənilməsi barəsində istintaqa start verilib
Fransada Apple şirkətinin fəaliyyəti ilə bağlı cinayət işi açılıb. Şirkət, məxfilik prinsiplərinə riayət edəcəyinə dair vədlərinə baxmayaraq, istifadəçilərin Siri ilə səsli qarşılıqlı əlaqələrinin yazılarını dinləmək üçün podratçılardan istifadə etməkdə ittiham olunur.
Hakerlər bəzi Discord istifadəçilərinin məlumatlarını oğurlayıblar

Hakerlər bəzi Discord istifadəçilərinin məlumatlarını oğurlayıblar
Discord platforması bəzi istifadəçilərin məlumatlarının sızması barədə məlumat yayıb. Hadisə, şirkətin platformada məzmun moderasiyası və texniki dəstək xidmətləri göstərən tərəfdaşlarından birinə edilmiş haker hücumu nəticəsində baş verib.
Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib

Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib
Google şirkəti masaüstü kompüterlər üçün bulud yaddaş xidməti olan Google Drive-da yeni ransomware-dən (şantajçı proqram təminatları) qoruma sistemini təqdim edib.
Həftənin xəbərləri

