
İndiyənə kimi müşahidə edilmiş ən böyük DDoS hücumun qarşısı alınıb
Təhlükəsizlik
22.05.2025
Emil Nəcəfov
Curator şirkəti (əvvəllər Qrator Labs) bu günə qədər müşahidə olunmuş ən böyük DDoS botnet hücumunu uğurla neytrallaşdırdığını bildirib. Hücumda 4.6 milyon cihazdan ibarət botnet istifadə olunub. Müqayisə üçün qeyd edək ki, ötən il aşkarlanmış ən böyük DDoS botnet 227 000 cihazdan, 2023-cü ildə qeydə alınmış ən böyük botnet isə 136 000 cihazdan ibarət olub. Curator-un məlumatına görə, 2025-ci il mayın 16-da hücumun hədəfi Dövlət resursları seqmentinə aid olan, mikroseqment olaraq isə İctimai təşkilatlar kateqoriyasına daxil olan bir qurum olub. Hücum bir neçə mərhələdə həyata keçirilib:
- Birinci mərhələdə təxminən 2 milyon cihaz cəlb olunub;
- İkinci mərhələdə botnetə əlavə olaraq 1.5 milyon cihaz qoşulub;
- Üçüncü mərhələdə isə ümumi cihaz sayı 4.6 milyona çatıb.

Curator analitiklərinin fikrincə, cinayətkarlar mövcud olan bütün resurslarını işə salıblar. Botnetə daxil olan cihazların əksəriyyəti Cənubi və Şimali Amerikadan olub. Hücum zamanı bloklanmış təxminən 1.37 milyon IP ünvanı (botnetin ümumi sayının 30%-i) Braziliyada qeydiyyatdan keçmişdi. Bundan əlavə təxminən 555 000 IP ünvanı ABŞ-dan, 362 000 IP ünvanı Vyetnamdan, 135 000 IP ünvanı Hindistandan, 127 000 IP ünvanı isə Argentinadan olub. Curator bildirib ki, bu botnetlə onlar bu ilin əvvəlində də qarşılaşıblar, lakin o vaxt yalnız 1.33 milyon IP ünvanı ehtiva edirdi. Belə ölçüdə bir botnet saniyədə on milyonlarla sorğu göndərə bilər ki, bu da əgər müdafiə zəif qurulubsa, hədəf serverlərin sıradan çıxmasına səbəb ola bilər. Curator qeyd edir ki, bu cür hücuma hər DDoS qoruma provayderi tab gətirə bilməz və bu da bütün müştəri resurslarının eyni anda əlçatmaz hala düşməsi təhlükəsini yarada bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Coinbase kriptovalyuta birjasının istifadəçilərinin məlumatları oğurlanıb

Coinbase kriptovalyuta birjasının istifadəçilərinin məlumatları oğurlanıb
ABŞ-ın kriptovalyuta birjası Coinbase ciddi problemlərlə üzləşib. Bu, platformanın bəzi müştərilərinə aid məlumatların sızdığı böyük miqyaslı kibertəhlükə barədə məlumatların üzə çıxmasından sonra baş verib.
Steam istifadəçilərinin məlumatlarının sızdırılması məlumatı rəsmi şəkildə təkzib edilib

Steam istifadəçilərinin məlumatlarının sızdırılması məlumatı rəsmi şəkildə təkzib edilib
Valve şirkəti özünə məxsus olan Steam platformasının 89 milyon istifadəçisinin hesabına aid məlumatların sızması ilə bağlı son xəbərləri rəsmi açıqlama ilə şərh edib. Xatırladaq ki, bu barədə xəbər dünən ortaya çıxdı.
89 milyon Steam istifadəçisinin məlumatları oğurlanmış ola bilər

89 milyon Steam istifadəçisinin məlumatları oğurlanmış ola bilər
MellolwOnline1 ləqəbli müstəqil jurnalist SteamSentinels adlı birliyi (Steam ekosistemində sui-istifadə və fırıldaqları izləyən icma) quraraq, milyonlarla Steam istifadəçisinin məlumatlarının sızması ehtimalı barədə xəbərdarlıq edib.
Məhkəmə iddiasına baxmayaraq Pegasus casus tətbiqi vasitəsilə Whatsapp istifadəçiləri izlənilib

Məhkəmə iddiasına baxmayaraq Pegasus casus tətbiqi vasitəsilə Whatsapp istifadəçiləri izlənilib
Məhkəmə, iOS və Android əsaslı cihazların sındırılması üçün Pegasus adlı casus proqram təminatını hazırlayan İsrail şirkəti NSO Group-u WhatsApp istifadəçilərinə qarşı hədəfli hücumlar həyata keçirdiyinə görə Meta şirkətinə 167 milyon dollardan çox təzminat ödəməyə məcbur edib.
Nissan Leaf hakerlərin əllərində əsl oyuncağa çevrilib (VİDEO)

Nissan Leaf hakerlərin əllərində əsl oyuncağa çevrilib (VİDEO)
Macarıstandan olan və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən PCAutomotive şirkəti Black Hat Asia 2025 konfransında 2020-ci il istehsalı olan Nissan LEAF elektromobilinə uzaqdan giriş imkanını nümayiş etdirən üsulu sərgiləyib.
Həftənin xəbərləri

