
Yüzlərlə ölkədə iPhone-lar casus tətbiqi ilə yoluxublar
Təhlükəsizlik
01.05.2025
Emil Nəcəfov
Apple dünyanın 100 ölkəsində istifadəçilərə onların cihazlarının casus tətbiqlə yoluxduğuna dair bildirişlər göndərib - güman edilir ki, söhbət, İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış Pegasus adlı proqram təminatından gedir. Texnologiya nəhəngi istifadəçiləri bu məlumatı ciddi qəbul etməyə və dərhal təhlükəsizlik tədbirləri görməyə çağırıb. İsrailin NSO şirkəti artıq bir neçə ildir ki, iPhone cihazlarını uzaqdan sındırmaq üçün tətbiqlər hazırlayır və onları müxtəlif ölkələrin dövlət qurumlarına satır. Bu fəaliyyət dünyanın müxtəlif yerlərində jurnalistlər, müxalifət nümayəndələri, insan hüquqları müdafiəçiləri, hüquqşünaslar və digər fəalların hədəfə alınması ilə nəticələnən bir sıra hadisələrə səbəb olub.

Apple bu casus tətbiqin hər yeni versiyası ortaya çıxanda onu bloklamağa çalışır, lakin hücum sxemlərinin mürəkkəbliyi bu prosesi çətinləşdirir. Bu problemin həlli istiqamətində əhəmiyyətli irəliləyiş 2021-ci ildə əldə olunub - həmin vaxt iOS sisteminə, hətta konkret yoluxma mexanizmi məlum olmasa belə, iPhone-un sındırılmasını aşkar edə bilən kod əlavə edilib. Apple hücumu müəyyən etdikdə, bu barədə dərhal qurbanları məlumatlandırır.
Apple tərəfindən göndərilən təhlükə barədə bildirişlər, xüsusi xidmət orqanlarının nəzarətində olan strukturlar tərəfindən hədəfə alınmış iPhone sahiblərini məlumatlandırmaq və onlara kömək etmək məqsədi daşıyır - bu qurumlar, adi kibercinayətkarlardan fərqli olaraq, çox az sayda konkret şəxslərə qarşı hücumlar həyata keçirirlər ki, bu da belə hücumların aşkarlanmasını və qarşısının alınmasını xeyli çətinləşdirir. İstehsalçı bu bildirişləri iMessage, elektron poçt vasitəsilə göndərir və eyni zamanda Apple ID-nin veb versiyasına daxil olarkən xəbərdarlıq yerləşdirir. Bu həftə şirkət dünyanın 100 ölkəsindəki istifadəçilərə bu cür bildirişlər göndərib - casus proqramın adı göstərilmir, lakin nümunə kimi Pegasus-a istinad edilir.
Mənbə: 9to5mac
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ məhkəməsi Apple-ı Appe Store-dan kənar ödənişlər üçün komissiyanı ləğv etməyə məcbur edib

ABŞ məhkəməsi Apple-ı Appe Store-dan kənar ödənişlər üçün komissiyanı ləğv etməyə məcbur edib
ABŞ-ın dairə hakimi Yvonne Gonzalez-Rogers ötən çərşənbə günü Apple-ı məhkəməyə hörmətsizlikdə ittiham edib və qərar verib ki, bu andan etibarən Apple artıq App Store xaricində edilən alış-verişlərdən komissiya haqqı tələb edə bilməz.
Google Gemini-nin iPhone-a inteqrasiyası üçün danışıqlar aparılır

Google Gemini-nin iPhone-a inteqrasiyası üçün danışıqlar aparılır
Google-un baş direktoru Sundar Pichai bildirib ki, şirkət Gemini süni zəka modelinin iPhone cihazlarına inteqrasiyası ilə bağlı Apple ilə razılaşmaya yaxınlaşır.
Apple Watch SE 3 daha böyük ölçüyə sahib ola bilər

Apple Watch SE 3 daha böyük ölçüyə sahib ola bilər
Apple-ın taxıla bilən cihazları hər il müəyyən olunmuş ardıcıllıqla təqdim olunur, lakin daha büdcəyə uyğun SE seriyası bu baxımdan o qədər də sabit deyil.
Hakerlər süni zəka və güclü GPU-lar ilə şifrələri daha tez sındırırlar

Hakerlər süni zəka və güclü GPU-lar ilə şifrələri daha tez sındırırlar
Müasir hakerlər süni zəka və güclü videokartlar (GPU) vasitəsilə hətta mürəkkəb şifrələri bir neçə günə, bəzən isə dərhal sındıra bilirlər.
Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir.
Həftənin xəbərləri

