
ABŞ məhkəməsi Apple-ı Appe Store-dan kənar ödənişlər üçün komissiyanı ləğv etməyə məcbur edib
Tech-Biznes
01.05.2025
Emil Nəcəfov
ABŞ-ın dairə hakimi Yvonne Gonzalez-Rogers ötən çərşənbə günü Apple-ı məhkəməyə hörmətsizlikdə ittiham edib və qərar verib ki, bu andan etibarən Apple artıq App Store xaricində edilən alış-verişlərdən komissiya haqqı tələb edə bilməz. Həmçinin Apple-ın tərtibatçıların tətbiqlərində App Store-dan kənar ödəniş sistemlərinə və alternativ ödəniş üsullarına keçid linkləri yerləşdirməsinə qoyduğu məhdudiyyətlər də qadağan edilib. Epic Games-in Apple-a qarşı açdığı antimonopoliya iddiasına baxan hakim Rogers 80 səhifəlik qərarında bildirib ki, Apple App Store-da rəqabəti məhdudlaşdıran qaydaların qadağan edilməsinə dair əvvəlki göstərişini yerinə yetirməyib.

Rogers qeyd edib ki, Apple 2021-ci ildə çıxarılmış qərara əsasən qoyulan qadağaya qəsdən əməl etməməyi seçib. “Apple-ın bu məhkəmənin belə bir itaətsizliyi qəbul edəcəyini düşünməsi ciddi bir səhv idi” - deyə hakim Rogers vurğulayıb. “Apple-ın rəqabətə mane olmaq cəhdlərinin davam etməsi yolverilməzdir. Bu, danışıqlar mövzusu deyil, qadağadır. Əgər tərəf məhkəmə qərarını qəsdən nəzərə almırsa, bu hal təkrarlana bilməz” - deyə hakim əlavə edib. Qərara əsasən, App Store xaricindəki alış-verişlərdən komissiya tutulmasının qadağan olunması ilə yanaşı, Apple-ın tətbiq tərtibatçılarının düymələrdən və ya digər hərəkətə çağırış vasitələrindən istifadə etməsini bloklaması və ya məhdudlaşdırması da qadağan olunur.

Həmçinin Apple istifadəçilərin tətbiqdən kənar saytlara keçidinə yalnız neytral məlumatverici mesaj vasitəsilə müdaxilə edə bilər - bundan başqa heç bir formada müdaxilə etmək icazəsi yoxdur. Hakim həmçinin işi ABŞ prokuroruna təqdim edərək Apple və onun maliyyə üzrə vitse-prezidenti Alex Roman barəsində məhkəməyə hörmətsizliklə bağlı mümkün cinayət təqibi məsələsinə baxılmasını tələb edib. O, Roman-ın Apple-ın məhkəmə qadağasına əməl etmək üçün gördüyü tədbirlər barədə ifadələrinin dezinformasiya və açıq-aşkar yalanlarla dolu olduğunu qeyd edib.

Məhkəmə qərarını şərh edən Apple bildirib: “Biz bu qərarla qətiyyən razı deyilik. Qərarı yerinə yetirəcəyik və apellyasiya şikayəti verəcəyik”. Öz növbəsində, Epic Games-in baş direktoru Tim Sweeney bu qərarı tərtibatçılar və istehlakçılar üçün mühüm bir qələbə adlandırıb. “Bu qərar Apple-ı digər ödəniş xidmətləri ilə rəqabət aparmağa məcbur edir, onları bloklamağa yox - biz məhz buna nail olmağa çalışırdıq” - deyə Sweeney jurnalistlərə bildirib. O həmçinin Epic Games-in “Fortnite” oyununu gələn həftə Apple App Store-a qaytarmağı planlaşdırdığını açıqlayıb.
Mənbə: The Verge
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini-nin iPhone-a inteqrasiyası üçün danışıqlar aparılır

Google Gemini-nin iPhone-a inteqrasiyası üçün danışıqlar aparılır
Google-un baş direktoru Sundar Pichai bildirib ki, şirkət Gemini süni zəka modelinin iPhone cihazlarına inteqrasiyası ilə bağlı Apple ilə razılaşmaya yaxınlaşır.
Apple Watch SE 3 daha böyük ölçüyə sahib ola bilər

Apple Watch SE 3 daha böyük ölçüyə sahib ola bilər
Apple-ın taxıla bilən cihazları hər il müəyyən olunmuş ardıcıllıqla təqdim olunur, lakin daha büdcəyə uyğun SE seriyası bu baxımdan o qədər də sabit deyil.
Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir.
iPhone 18-in hansı prosessoru əldə edəcəyi açıqlanıb

iPhone 18-in hansı prosessoru əldə edəcəyi açıqlanıb
Digital Chat Station ləqəbli məşhur insayder gələcək iPhone modelləri - iPhone 17 və iPhone 18 haqqında məlumat paylaşıb.
Apple AirPlay dəstəkli milyonlarla cihaz sındırılma riski altındadır

Apple AirPlay dəstəkli milyonlarla cihaz sındırılma riski altındadır
Apple AirPlay funksiyası iPhone və MacBook-dan digər Apple cihazlarına və ya digər istehsalçıların cihazlarına musiqi, foto və videoları asanlıqla ötürməyə imkan verir.
Həftənin xəbərləri

