
Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
Tech-Biznes
30.04.2025
Emil Nəcəfov
Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir. Çin və ABŞ-da tədarük artıb, lakin Hindistan, Avropa və Yaxın Şərqdə azalma müşahidə olunub. Hindistan, Latın Amerikası və Yaxın Şərqdə baş verən azalma bu regionlarda bazarın doymasına işarə edir. 2024-cü ilin dördüncü rübündə bu regionlarda satış artımı olsa da, cari ilin birinci rübündə istehlakçılar yeni cihazlar almağa daha az maraq göstəriblər.

Avropada isə tədarükçülər ötən ilin sonundan bəri flaqman modellərin yüksək səviyyədə ehtiyatı və yaxınlaşan ekodizayn təşəbbüsü səbəbilə orta və aşağı qiymət seqmentinə aid məhsulların tədarükündə çətinliklərlə üzləşiblər. Afrikada “pərakəndə satışların fəallığı” və smartfon istehsalçılarının “bazarın genişləndirilməsi üzrə proaktiv tədbirləri” satışların artmasına səbəb olub. Vivo və Honor kimi şirkətlər xarici bazarlarda iki rəqəmli artım nümayiş etdiriblər. Analitiklərin qeyd etdiklərinə görə, Honor Çindən kənarda tədarük həcminə görə tarixində ən yüksək göstəriciyə çatıb.

Apple isə ABŞ-da yeni idxal rüsumlarının tətbiqindən əvvəl əlavə xərclərdən yayınmaq üçün bu bazara smartfon tədarükünü artırıb. iPhone smartfonlarının əksəriyyəti hələ də Çində istehsal olunsa da, şirkət rübün sonuna doğru iPhone 15 və 16 modellərinin Hindistanda istehsalını artırıb, həmçinin iPhone 16 Pro modelinin buraxılışını da genişləndirib. Bazarın paylanmasına gəldikdə isə, 2025-ci ilin birinci rübündə Samsung liderliyini qoruyub saxlayıb - şirkətin bazar payı 20% təşkil edib (60.5 milyon smartfon). Onun ardınca Apple gəlir - 19% payla (55 milyon cihaz), bu nəticəyə əsasən mart ayında ehtiyatların toplanması hesabına nail olunub.

Xiaomi isə 14%-lik payla (41.8 milyon smartfon) üçüncü yeri qoruyub. Vivo və OPPO ilk beşliyi tamamlayır - müvafiq olaraq 22.9 və 22.7 milyon tədarük olunmuş cihazla. Canalys qeyd edir ki, əsas brendlər ikinci rübdə bazarın bərpası ilə bağlı nikbinliyi saxlayırlar. Anbar ehtiyatlarının azalması və yeni məhsulların istifadəyə verilməsi satışların səmərəliliyini artırmalıdır, lakin 200-400$ qiymət aralığında olan cihazlar üzrə orta seqmentdə rəqabət getdikcə daha sərt olacaq. Analitiklər həmçinin hesab edirlər ki, qlobal ticarətdə gərginliyin artması ölkələri smartfon istehsalını lokallaşdırmağa vadar edə bilər ki, bu da əlavə investisiyalar və istehsal xərclərinin azaldılmasını tələb edəcək.

Mənbə: Canalys
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 18-in hansı prosessoru əldə edəcəyi açıqlanıb

iPhone 18-in hansı prosessoru əldə edəcəyi açıqlanıb
Digital Chat Station ləqəbli məşhur insayder gələcək iPhone modelləri - iPhone 17 və iPhone 18 haqqında məlumat paylaşıb.
Honor MagicBook Pro 16 2025 HUNTER noutbuku təqdim edilib - QİYMƏTİ

Honor MagicBook Pro 16 2025 HUNTER noutbuku təqdim edilib - QİYMƏTİ
Honor şirkəti yeni yüksək performanslı noutbukunu təqdim edib. Noutbuk Honor MagicBook Pro 16 2025 HUNTER adlanır.
Xiaomi məntiq yürüdə bilən MiMo adlı süni zəka modelini istifadəyə verib

Xiaomi məntiq yürüdə bilən MiMo adlı süni zəka modelini istifadəyə verib
Süni zəka ilə əlaqəli proqram təminatının əhəmiyyəti bu gün əksər şirkətlər üçün olduqca böyükdür. Buna görə də Çin şirkəti Xiaomi rəqiblərindən geri qalmamaq üçün açıq mənbə kodlu öz məntiqi süni zəka modeli olan MiMo-nu təqdim edib. Bu model müxtəlif problemlərin həllində insanın düşüncə məntiqinə bənzər şəkildə fəaliyyət göstərir.
Xiaomi 16 öz seqmentində ən böyük həcmli batareyanı əldə edəcək

Xiaomi 16 öz seqmentində ən böyük həcmli batareyanı əldə edəcək
Smart Pikachu ləqəbli məşhur insayderin məlumatına görə, bu il ərzində təqdim olunacaq Xiaomi 16 smartfonu rəqibləri arasında ən böyük həcmli batareyaya sahib olacaq.
Apple AirPlay dəstəkli milyonlarla cihaz sındırılma riski altındadır

Apple AirPlay dəstəkli milyonlarla cihaz sındırılma riski altındadır
Apple AirPlay funksiyası iPhone və MacBook-dan digər Apple cihazlarına və ya digər istehsalçıların cihazlarına musiqi, foto və videoları asanlıqla ötürməyə imkan verir.
Həftənin xəbərləri

