main-post-cover

    ASUS TUF Gaming A14 gaming noutbuku təqdim edilib

    Cihazlar+
    16.04.2025
    Emil Nəcəfov
         ASUS şirkəti yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku ASUS TUF Gaming A14 adlanır. Beləliklə bu yeni noutbuk 165 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 14 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 3 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbukun gövdə qalınlığı 1.99 sm, çəkisi isə 1.46 kq təşkil edir.
         ASUS TUF Gaming A14 noutbuku 8 nüvəli AMD Ryzen AI 7 350 prosessoru vasitəsilə çalışır və NVIDIA GeForce RTX 5060 videokartı ilə təchiz olunub. Noutbuk 32 GB-a kimi LPDDR5X standartlı RAM yaddaşını və 2 TB-a kimi SSD-ni əldə edib. Onun batareya həcmi isə 73 vatt-saat təşkil edir. Noutbuk özündə USB4 (DisplayPort və Power Delivery dəstəkli), USB 3.2 Gen 2 Type-C, USB 3.2 Gen 1 Type-A, HDMI 2.1, Micro SD Card Reader girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. ASUS TUF Gaming A14-ün nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS XG248Q5G-P gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-xg248q5g-p-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Professionallar üçün ASUS ProArt Display PA27UCGE monitoru təqdim edilib - QİYMƏTİ
    professionallar-ucun-asus-proart-display-pa27ucge-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ROG Strix XG27UCDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-xg27ucdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ROG Strix OLED XG27UCDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-oled-xg27ucdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS Vivobook 18 noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-vivobook-18-noutbuku-teqdim-edilib-qiymeti