main-post-cover

    Büdcəli Samsung Galaxy A07 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    25.08.2025
    Emil Nəcəfov
         Samsung şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy A07-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy A07 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü IPS ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfonun gövdəsi IP54 standartı üzrə su damcılarından qorunma imkanına sahibdir.
         Smartfon MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 64/128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy A07 özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A07 artıq İndoneziyada satışa çıxıb və onun qiyməti 86$-dan start götürür. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Buds3 FE naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-buds3-fe-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Tab S10 Lite planşetinin yeni render fotoları ortaya çıxıb
    samsung-galaxy-tab-s10-lite-plansetinin-yeni-render-fotolari-ortaya-cixib
    Samsung 2026-cı ildə öz ağıllı eynəyini satışa çıxara bilər
    samsung-2026-ci-ilde-oz-agilli-eyneyini-satisa-cixara-biler
    Samsung qeyri-adi dizaynda qatlana bilən smartfonunu patentləşdirib
    samsung-qeyri-adi-dizaynda-qatlana-bilen-smartfonunu-patentlesdirib
    Samsung Odyssey G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-odyssey-g6-g60sf-gaming-monitoru-teqdim-edilib-qiymeti