
Samsung Galaxy Buds3 FE naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.08.2025
Emil Nəcəfov
Samsung rəsmi olaraq yeni naqilsiz qulaqlığı - Galaxy Buds3 FE modelini təqdim etdi. Galaxy Buds3 FE genişləndirilmiş səsgücləndirici ilə təchiz olunub ki, bu da daha zəngin və həcmli səs təmin edir: bas səslər daha dərin, yüksək tezliklər isə daha təmiz səslənir. Aktiv səsboğucu funksiyasının (Active Noise Cancelling) dəstəyi fon səslərinin səviyyəsini azaldır. Zənglər üçün Crystal Clear Call sistemi istifadə olunur: mikrofonlar və machine learning alqoritmlərinin kombinasiyası səsi təcrid edir və səs-küylü mühitdə nitqin aydın ötürülməsini təmin edir. Yeni model Galaxy AI adlı korporativ süni intellektlə inteqrasiya olunub.

Səsli əmrlər vasitəsilə playlistləri işə salmaq, bildirişlərə cavab vermək və ya cədvəli yoxlamaq mümkündür - smartfonu çıxarmağa ehtiyac yoxdur. Smartfonlarda mövcud olan Interpreter (tərcüməçi) funksiyası sayəsində Galaxy Buds3 FE vasitəsilə xarici dildə mühazirələri dinləmək və ya əcnəbilərlə real vaxt rejimində ünsiyyət qurmaq mümkündür. Galaxy Buds3 FE modeli Galaxy seriyasına xas olan tanınan dizaynı özündə qoruyub saxlayır: mat səthli minimalist korpus və yarı şəffaf elementlər. Hər bir qulaqlığın çəkisi cəmi 5 qramdır ki, bu da onları uzunmüddətli istifadə üçün rahat edir.

Avtonom işləmə baxımından bu model aktiv səsboğucu funksiyası ilə 6 saata, bu funksiya deaktiv halda isə 8.5 saata qədər musiqi oxutma imkanı verir. Şarj keysi ilə birlikdə ümumi çalışma müddəti 24-30 saata çatır. Danışıq rejimində Buds3 FE təkcə 4 saata, şarj keysi ilə birlikdə isə 18 saata qədər işləyə bilər. Toz və suya qarşı qoruma dərəcəsi IP54 standartına uyğundur. Yeni modelin satışlarına 5 sentyabr tarixində dünyanın əksər ölkələrində start veriləcək. ABŞ-da isə Galaxy Buds3 FE 149.99$ qiymətində təklif olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Tab S10 Lite planşetinin yeni render fotoları ortaya çıxıb

Samsung Galaxy Tab S10 Lite planşetinin yeni render fotoları ortaya çıxıb
Samsung şirkəti Galaxy Tab S10 Lite adlı yeni planşetini təqdim etməyə hazırlaşır. İndi isə bu planşetin yeni render fotoları ortaya çıxıb.
Samsung 2026-cı ildə öz ağıllı eynəyini satışa çıxara bilər

Samsung 2026-cı ildə öz ağıllı eynəyini satışa çıxara bilər
Cənubi Koreya mənbələrinə əsasən, Samsung, Android XR platformasındakı Project Moohan XR cihazına əlavə olaraq, 2026-cı ilin sonunda kütləvi bazar üçün daha sadə ağıllı eynək istehsalına başlamağı planlaşdırır.
Samsung qeyri-adi dizaynda qatlana bilən smartfonunu patentləşdirib

Samsung qeyri-adi dizaynda qatlana bilən smartfonunu patentləşdirib
Samsung-un böyük patent portfoliosuna yeni bir əlavə edilib. Şirkət Samsung Galaxy Flip Retro adlı qatlana bilən smartfon dizaynı üçün patenti qeydiyyatdan keçirib.
Samsung Odyssey G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ

Samsung Odyssey G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Samsung Odyssey G6 G60SF adlanır.
Samsung Galaxy S25 FE-nin yeni render fotoları ortaya çıxıb

Samsung Galaxy S25 FE-nin yeni render fotoları ortaya çıxıb
Samsung-un yaxın zamanda Galaxy S25 FE smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə internetdə bu smartfonun yeni render fotoları ortaya çıxıb.
Həftənin xəbərləri

