
Samsung qeyri-adi dizaynda qatlana bilən smartfonunu patentləşdirib
Cihazlar+
13.08.2025
Emil Nəcəfov
Samsung-un böyük patent portfoliosuna yeni bir əlavə edilib. Şirkət Samsung Galaxy Flip Retro adlı qatlana bilən smartfon dizaynı üçün patenti qeydiyyatdan keçirib. Smartfon açıq vəziyyətdə oval formaya yaxınlaşan, nəzərəçarpacaq dərəcədə yumşaq və dairəvi xətlərə malikdir. Smartfon kənar hissəsi də diqqətçəkən dərəcədə yuvarlaq formadadır. Bu patent rəsmləri əsasında smartfonun necə görünə biləcəyini qiymətləndirmək üçün render hazırlanıb. Dizayn qeyri-adi və mütləq diqqət çəkəcək xüsusiyyətlərə malikdir. Patentə sahib olmaq hələ Samsung-un kommersiya modelini buraxacağı mənasına gəlmir. Bu, sadəcə olaraq Samsung-un öz ideyasını qorumaq istədiyini göstərir.


Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Odyssey G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ

Samsung Odyssey G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Samsung Odyssey G6 G60SF adlanır.
Samsung Galaxy S25 FE-nin yeni render fotoları ortaya çıxıb

Samsung Galaxy S25 FE-nin yeni render fotoları ortaya çıxıb
Samsung-un yaxın zamanda Galaxy S25 FE smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə internetdə bu smartfonun yeni render fotoları ortaya çıxıb.
Samsung Galaxy Tab S10 Lite 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb

Samsung Galaxy Tab S10 Lite 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb
Samsung şirkəti Galaxy Tab S10 Lite 5G adlı yeni planşetini təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, sözügedən planşet Google Play Console-da ortaya çıxıb.
Orta büdcəli Samsung Galaxy A17 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Samsung Galaxy A17 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy A17 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı əldə edib.
Samsung 4 smartfonunun rəsmi dəstəyini dayandırıb

Samsung 4 smartfonunun rəsmi dəstəyini dayandırıb
Samsung şirkəti 4 smartfonunun rəsmi dəstəyini dayandırıb. Şirkətin rəsmi dəstəyinin dayandırıldığı bu dəfəki smartfonlar Galaxy A, Galaxy F və Galaxy M seriyalarını əhatə edirlər.
Həftənin xəbərləri

