
Büdcəli Samsung Galaxy M07 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
01.10.2025
Emil Nəcəfov
Samsung şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy M07-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy M07 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfonun gövdəsi IP54 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy M07 özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy M07 artıq Hindistanda satışa çıxıb və onun qiyməti 78$ təşkil edir. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S26 Ultra-nın ilk keyfiyyətli render fotoları təqdim edilib

Samsung Galaxy S26 Ultra-nın ilk keyfiyyətli render fotoları təqdim edilib
Samsung gələn ilin əvvəlində Galaxy S26 smartfon seriyasını təqdim edəcək bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S26 Ultra olacaq.
Huawei qatlana bilən smartfonlar bazarında dominant şirkətdir

Huawei qatlana bilən smartfonlar bazarında dominant şirkətdir
Samsung artıq bir neçə ildir ki, qatlana bilən ekranlara malik smartfonlar istehsal edir və onları genişmiqyaslı reklam kampaniyaları ilə fəal şəkildə təşviq edir.
Samsung Galaxy S26 Ultra-nın gövdəsinin bir hissəsinin fotosu təqdim edilib

Samsung Galaxy S26 Ultra-nın gövdəsinin bir hissəsinin fotosu təqdim edilib
Samsung gələn ilin əvvəlində Galaxy S26 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S26 Ultra olacaq. İndi isə Ice Universe ləqəbli məşhur insayder Galaxy S26 Ultra-nın gövdəsinin bir hissəsinin fotosunu təqdim edib.
Orta büdcəli Samsung Galaxy Tab A11 planşeti təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Samsung Galaxy Tab A11 planşeti təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy Tab A11 adlı yeni orta büdcəli planşetini təqdim edib. Bu yeni planşet kompakt ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta ölçülü batareyanı əldə edib.
2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib

2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib
Counterpoint analitik şirkətinin məlumatına görə, 2025-ci ilin ikinci rübündə dünyanın ən çox satılmış 10 smartfon siyahısına yenidən Xiaomi daxil olub - bu dəfə büdcəli Redmi 14C 4G modeli ilə.
Həftənin xəbərləri

