main-post-cover

    Dizaynerlər və kontent yaradıcıları üçün LG 32UN880K monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.07.2025
    Emil Nəcəfov
         LG şirkəti dizaynerlər və kontent yaradıcıları üçün nəzərdə tutulmuş yeni böyük ölçülü monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG 32UN880K adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3480x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync texnologiyasının dəstəyini birləşdirir. LG-nin bu yeni monitorunun əsas özəlliklərindən biri də odur ki, o, macOS cihazlarının qoşulmasını dəstəkləyir. Monitor HDMI, DisplayPort 1.4, USB-C girişlərini və iki ədəd səsgücləndiricini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 60 vatt çıxış gücünə sahibdir. LG 32UN880K artıq Çində satışa çıxıb və onun qiyməti 474$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    LG smartfonlarında sistemi yeniləmək üçün son şans
    lg-smartfonlarinda-sistemi-yenilemek-ucun-son-sans
    Böyük ölçülü LG UltraGear OLED 45GX90SA gaming monitoru təqdim edilib - QİYMƏTİ
    boyuk-olculu-lg-ultragear-oled-45gx90sa-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear 45GX950A-B flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-45gx950a-b-flaqman-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear 32G810SA gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-32g810sa-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear 27G850A-B gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27g850a-b-gaming-monitoru-teqdim-edilib-qiymeti