main-post-cover

    Geniş formatlı LG UltraWide 49U950A-W monitoru təqdim edilib

    Cihazlar+
    20.08.2025
    Emil Nəcəfov
         LG şirkəti UltraWide 49U950A-W adlı yeni geniş formatlı monitorunu təqdim edib. Bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 49 düym ölçülü Nano IPS DQHD ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro, NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4, USB 3.2 Gen1USB-C girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. LG UltraWide 49U950A-W-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    LG UltraGear 27G810A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27g810a-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Tandem OLED ekranlı ilk gaming monitor LG UltraGear 27GX700A təqdim edilib - QİYMƏTİ
    tandem-oled-ekranli-ilk-gaming-monitor-lg-ultragear-27gx700a-teqdim-edilib-qiymeti
    Professionallar üçün LG 40U990A-W monitoru təqdim edilib - QİYMƏTİ
    professionallar-ucun-lg-40u990a-w-monitoru-teqdim-edilib-qiymeti
    Dizaynerlər və kontent yaradıcıları üçün LG 32UN880K monitoru təqdim edilib - QİYMƏTİ
    dizaynerler-ve-kontent-yaradicilari-ucun-lg-32un880k-monitoru-teqdim-edilib-qiymeti
    LG smartfonlarında sistemi yeniləmək üçün son şans
    lg-smartfonlarinda-sistemi-yenilemek-ucun-son-sans