
Tandem OLED ekranlı ilk gaming monitor LG UltraGear 27GX700A təqdim edilib - QİYMƏTİ
Cihazlar+
04.08.2025
Emil Nəcəfov
LG şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear 27GX700A adlanır. Bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Tandem OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99.5%-ni əhatə edir. LG UltraGear 27GX700A - Tandem OLED ekrana sahib ilk kütləvi monitordur. Adi OLED ekranlardan fərqli olaraq, burada yalnız bir işıqsaçan təbəqə deyil, iki təbəqə istifadə olunur və bu təbəqələrdə iki mavi, bir yaşıl və bir qırmızı element yerləşir. Bu isə parlaqlığı 60% artırır. Monitor özündə DisplayPort 1.4 girişini birləşdirir. LG UltraGear 27GX700A artıq Çində satışa çıxıb və onun qiyməti 510$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Professionallar üçün LG 40U990A-W monitoru təqdim edilib - QİYMƏTİ

Professionallar üçün LG 40U990A-W monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti professional istifadə üçün nəzərdə tutulmuş yeni böyük ölçülü monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG 40U990A-W adlanır.
Dizaynerlər və kontent yaradıcıları üçün LG 32UN880K monitoru təqdim edilib - QİYMƏTİ

Dizaynerlər və kontent yaradıcıları üçün LG 32UN880K monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti dizaynerlər və kontent yaradıcıları üçün nəzərdə tutulmuş yeni böyük ölçülü monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG 32UN880K adlanır.
LG smartfonlarında sistemi yeniləmək üçün son şans

LG smartfonlarında sistemi yeniləmək üçün son şans
Artıq 4 ildən bir qədər çox vaxt keçib ki, LG smartfon bazarından çıxdığını elan edib və indi bu şirkətin smartfonları üçün nəzərdə tutulmuş son yeniləmələrin verilməsi müddəti də başa çatır.
Böyük ölçülü LG UltraGear OLED 45GX90SA gaming monitoru təqdim edilib - QİYMƏTİ

Böyük ölçülü LG UltraGear OLED 45GX90SA gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti böyük ölçülü yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear OLED 45GX90SA adlanır.
LG UltraGear 45GX950A-B flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ

LG UltraGear 45GX950A-B flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti öz yeni flaqman gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG UltraGear 45GX950A-B adlanır. Bu monitor iki rejimdə çalışması ilə seçilir.
Həftənin xəbərləri

