main-post-cover

    Google Pixel 9a-nın reklam fotoları təqdim edilib

    Cihazlar+
    07.03.2025
    Emil Nəcəfov
         Evan Blass adlı məşhur insayder Google şirkətinin təqdimata hazırlaşan orta büdcəli Pixel 9a smartfonunun reklam fotolarını təqdim edib. İnsayder reklam fotolarını silmiş olsa da, internet hər şeyi xatırlayır. Məlumatda qeyd edilib ki, Pixel 9a smartfonu 4 gövdə rəngində əks olunub. Obsidian, Porcelain, Iris Peony. Fotolardan da görmək olar ki, keçən il təqdim edilmiş digər Pixel 9 modelləri ilə müqayisədə Pixel 9a-nın arxa panelində kompakt ölçülü oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsi gövdə səthindən kənara çıxmır. Bununla belə açıq-aydın görmək olar ki, Pixel 8a-da olduğu kimi yeni smartfonda da ekran ətrafı çərçivələr olduqca geniş olacaqlar. Bəzi reklam fotolarında görmək olar ki, Pixel 9a smartfonu Google Gemini imkanlarını əldə edəcək. Pixel 9a-nın təqdimatı artıq bu ay ərzində baş tuta bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    YouTube onlayn kazino reklamları ilə mübarizəyə başlayır
    youtube-onlayn-kazino-reklamlari-ile-mubarizeye-baslayir
    Google Search-də süni zəka axtarış rejiminin testinə start verilib
    google-search-de-suni-zeka-axtaris-rejiminin-testine-start-verilib
    Android 16-nın nə zaman istifadəyə veriləcəyi açıqlanıb
    android-16-nin-ne-zaman-istifadeye-verileceyi-aciqlanib
    Google Gemini üçün yeni video imkanlar anons edilib (VIDEO)
    google-gemini-ucun-yeni-video-imkanlar-anons-edilib-video
    Google internetin işıq şüaları ilə hava üzərindən ötürülməsi texnologiyasını yaradıb
    google-internetin-isiq-sualari-ile-hava-uzerinden-oturulmesi-texnologiyasini-yaradib