main-post-cover

    Google Search-də süni zəka axtarış rejiminin testinə start verilib

    Proqram Təminatı
    06.03.2025
    Emil Nəcəfov
         Google AI Overviews (süni zəka icmalları) funksiyasının genişləndirildiyini elan edib. Bu funksiya artıq dünyanın bütün istifadəçiləri üçün əlçatan olacaq, hətta sistemə daxil olmayanlar üçün belə. Bundan əlavə, AI Mode adlı yeni axtarış rejimi təqdim olunacaq ki, bu da ənənəvi axtarışı süni zəka ilə interaktiv dialoqa çevirəcək. Google AI Overviews funksiyasının tətbiq sahəsini genişləndirərək süni zəka tərəfindən yaradılan qısa icmalları daha çox sorğu üçün təqdim edəcək və onları bütün istifadəçilər üçün əlçatan edəcək. Lakin ən maraqlı yenilik AI Mode adlanan ayrı bir süni zəka axtarış rejimidir.
         Bu rejim Google axtarış sisteminə birbaşa inteqrasiya olunmuş söhbət-botudur və Perplexity və ya ChatGPT Search kimi alətlərə bənzəyir. Lakin o, Google ekosisteminə uyğunlaşdırılıb. Məlumata əsasən hazırda AI Mode yalnız Google One AI Premium abunəçiləri üçün əktivdir. Üstəlik, bu funksiyanı istifadə etmək üçün Labs bölməsində onu fərdi şəkildə aktivləşdirmək lazımdır. AI Mode funksiyasının əsas ideyası istifadəçilərin dərhal cavab almağı üstün tutmasıdır, yəni linkləri nəzərdən keçirmək əvəzinə, süni zəkanın yaratdığı cavabı birbaşa görmək istəyirlər.
         Bu rejimdə sorğu Google-un indeks bazasından istifadə edən süni zəka modeli tərəfindən emal edilir və mənbələrə keçidlər əlavə olunur. Vizuallığı baxımından AI Mode Gemini çat-botuna bənzəyir, lakin real vaxt rejimində məlumatları analiz edə bilir və veb-səhifələrlə qarşılıqlı əlaqədə ola bilir. Bəzi ekspertlər Google-un ənənəvi axtarış modelindən uzaqlaşdığını düşünürlər - yəni istifadəçilər artıq linklərə klikləmək əvəzinə, cavabı birbaşa axtarış səhifəsində oxuyurlar. Lakin Google-un axtarış məhsulları üzrə vitse-prezidenti Robby Stein bu fikirlə razı deyil: "AI Overviews istifadəçilərə lazımi konteksti verir və nəticədə onlar linklərə daha həvəslə klikləyir, saytlarda daha çox vaxt keçirirlər" - deyə o bildirib.
         Google-un fikrincə, yeni texnologiyalar köhnə axtarış mexanizmlərini əvəz etmir, əksinə, onları təkmilləşdirir. Şirkət bəyan edir ki, AI Mode ənənəvi axtarışı tamamilə əvəz etmək məqsədi daşımır, lakin süni zəka texnologiyalarının axtarış sisteminin iş prinsipini getdikcə daha çox dəyişdirdiyi artıq aydındır. Bundan əlavə, AI Overviews funksiyasında yenilənmiş Gemini 2.0 modeli istifadə olunacaq. Robby Stein-ə görə, bu yeniləmə riyaziyyat, proqramlaşdırma və məntiqi analizlə bağlı sorğular üçün daha dəqiq cavablar verilməsini təmin edəcək. 
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 16-nın nə zaman istifadəyə veriləcəyi açıqlanıb
    android-16-nin-ne-zaman-istifadeye-verileceyi-aciqlanib
    Google Gemini üçün yeni video imkanlar anons edilib (VIDEO)
    google-gemini-ucun-yeni-video-imkanlar-anons-edilib-video
    Google internetin işıq şüaları ilə hava üzərindən ötürülməsi texnologiyasını yaradıb
    google-internetin-isiq-sualari-ile-hava-uzerinden-oturulmesi-texnologiyasini-yaradib
    Google axtarış sistemindən özəl məlumatların silinməsi prosesi sadələşdirilib
    google-axtaris-sisteminden-ozel-melumatlarin-silinmesi-prosesi-sadelesdirilib
    YouTube, videoların ən uyğunsuz anlarında reklamlar sərgiləməyəcək
    youtube-videolarin-en-uygunsuz-anlarinda-reklamlar-sergilemeyecek