main-post-cover

    Honor 400 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    05.05.2025
    Emil Nəcəfov
         Honor şirkəti Honor 400 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya minimum iki model daxil olacaq. Honor 400 və Honor 400 Pro. İndi isə məlum olub ki, Honor 400 modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Honor 400-ün sahib olduğu prosessor özündə 3 ədəd 2.4 GHz tezlikli nüvəni, 4 ədəd 1.8 GHz tezlikli nüvəni və 1 ədəd 2.63 GHz tezlikli nüvəni birləşdirir.
         Bu göstəricilər isə Snapdragon 7 Gen 3 prosessoruna işarə edirlər. Geekbench testlərindən Honor 400-ün 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 1122 xal, çoxnüvəli testi çərçivəsində isə 3056 xal toplayıb. Daha öncəki məlumat sızıntılarına inansaq, Honor 400 smartfonu 6.55 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və 66 vatt gücündə sürətli şarj texnologiyasına sahib 5300 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
    samsung-qlobal-smartfon-bazarindaki-liderliyini-geri-qaytarib
    Honor MagicBook Pro 16 2025 HUNTER noutbuku təqdim edilib - QİYMƏTİ
    honor-magicbook-pro-16-2025-hunter-noutbuku-teqdim-edilib-qiymeti
    Bu il təqdim olunacaq Honor Magic 8 Pro-nun kamera göstəriciləri açıqlanıb
    bu-il-teqdim-olunacaq-honor-magic-8-pro-nun-kamera-gostericileri-aciqlanib
    Orta büdcəli Honor X70i smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-honor-x70i-smartfonu-teqdim-edilib-qiymeti
    Honor Band 10 smart qolbağı təqdim olunub - QİYMƏTİ
    honor-band-10-smart-qolbagi-teqdim-olunub-qiymeti