main-post-cover

    Huawei MateBook Pro noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    20.05.2025
    Emil Nəcəfov
         Huawei şirkəti MateBook Pro adlı yeni noutbukunu təqdim edib. Şirkətin bu yeni noutbuku ilk növbədə nazik və yüngül gövdəsi ilə seçilir. Belə ki, Huawei MateBook Pro-nun gövdə qalınlığı 13.5 mm, çəkisi isə 970 qram təşkil edir. Beləliklə Huawei MateBook Pro noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 3120x2080 piksel keyfiyyətli 14.2 düym ölçülü sensorlu OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Şirkət bu yeni noutbukun hansı prosessor vasitəsilə çalışdığını açıqlamayıb. Lakin məlumdur ki, noutbuk 24/32 GB RAM ilə 512 GB/1/2 TB SSD-ni əldə edib. Onun batareya həcmi isə 70 vat-saat təşkil edir. Bununla yanaşı noutbuk 140 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Şirkət bildirib ki, Huawei MateBook Pro bir dəfə şarj olunandan sonra 10.2 saat ərzində çalışa bilir. Noutbuk özündə 2 MP-lik veb kameranı və 2 ədəd USB-C girişini birləşdirir. Huawei MateBook Pro artıq gələn ay Çində satışa çıxacaq və onun qiyməti 1107$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
    qatlana-bilen-huawei-matebook-fold-ultimate-noutbuku-teqdim-edilib-qiymeti
    Huawei nova 14, nova 14 Pro və nova 14 Ultra təqdim olunub - QİYMƏTİ
    huawei-nova-14-nova-14-pro-ve-nova-14-ultra-teqdim-olunub-qiymeti
    ABŞ hökuməti Huawei HarmonyOS-in qlobal yayılmasını dayandırmaq istəyir
    abs-hokumeti-huawei-harmonyos-in-qlobal-yayilmasini-dayandirmaq-isteyir
    Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdi və bununla da biləyə taxılan innovativ qurğuların yeni dövrünün başlandığını elan etdi
    huawei-berlinde-yeni-nesil-bileye-taxilan-cihazlarin-model-xettini-teqdim-etdi-ve-bununla-da-bileye-taxilan-innovativ-qurgularin-yeni-dovrunun-baslandigini-elan-etdi
    Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
    huawei-watch-5-agilli-saati-teqdim-olunub-qiymeti