main-post-cover

    Huawei nova 14, nova 14 Pro və nova 14 Ultra təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    19.05.2025
    Emil Nəcəfov
         Huawei şirkəti nova 14 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya Huawei nova 14, nova 14 Pro nova 14 Ultra modelləri daxildir. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin onlar texniki imkanlar üzrə fərqlənirlər. İlk növbədə nova 14 modelinə nəzər yetirək. Bu model 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1084 piksel keyfiyyətli 6.7 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1100 nit təşkil edir. Üstəlik ekran Kunlun Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Nova 14-ün gövdəsi IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Şirkət nova 14-ün hansı prosessor vasitəsilə çalışdığını və hansı həcmdə RAM yaddaşını əldə etdiyini açıqlamayıb. Lakin məlumdur ki, smartfon 256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunub.
         Kameralar mövzusunda nova 14 özündə 50 MP + 8 MP + 12 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə nova 14 Pro modelinə keçək. Bu model 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2776x1224 piksel keyfiyyətli 6.78 düym ölçülü LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir və o, Kunlun Glass qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi ksanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bu modelin də prosessoru və RAM yaddaşı həcmi məlum deyil. Məlum olan odur ki, nova 14 Pro 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 8 MP + 12 MP üçlü arxa kameranı və 50 MP + 2 MP ikili ön kameranı birləşdirir.
         Batareyaya gəldikdə isə nova 14 Pro 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nova 14 Ultra modeli demək olar nova 14 Pro-nun kopyasıdır. Nova 14 Ultra sadəcə ekran ölçüsü və arxa kamera göstəriciləri üzrə nova 14 Pro-dan fərqlənir. Nova 14 Ultra modeli 1 Hz-dən 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib 6.81 düym ölçülü LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5500 nit təşkil edir və Kunlun Glass qoruyucu şüşəsi ilə əhatə olunub. Üstəlik nova 14 Pro ilə müqayisədə nova 14 Ultra-nın gövdəsi IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Nova 14 Ultra özündə 50 MP + 13 MP + 50 MP üçlü arxa kameranı birləşdirir. Digər bütün göstəricilər baxımından smartfon nova 14 Pro ilə eynidir. Huawei nova 14 smartfonları bu ayın sonunda Çində satışa çıxacaqlar. Nova 14-ün qiyməti 374$-dan, nova 14 Pro-nun qiyməti 485$-dan, nova 14 Ultra-nın qiyməti isə 582$-dan start götürəcək.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ hökuməti Huawei HarmonyOS-in qlobal yayılmasını dayandırmaq istəyir
    abs-hokumeti-huawei-harmonyos-in-qlobal-yayilmasini-dayandirmaq-isteyir
    Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdi və bununla da biləyə taxılan innovativ qurğuların yeni dövrünün başlandığını elan etdi
    huawei-berlinde-yeni-nesil-bileye-taxilan-cihazlarin-model-xettini-teqdim-etdi-ve-bununla-da-bileye-taxilan-innovativ-qurgularin-yeni-dovrunun-baslandigini-elan-etdi
    Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
    huawei-watch-5-agilli-saati-teqdim-olunub-qiymeti
    Huawei HarmonyOS-in kompüterlər üçün versiyası anons edilib
    huawei-harmonyos-in-komputerler-ucun-versiyasi-anons-edilib
    Təqdimata hazırlaşan Huawei Watch 5 ağıllı saatının render fotoları təqdim edilib
    teqdimata-hazirlasan-huawei-watch-5-agilli-saatinin-render-fotolari-teqdim-edilib