main-post-cover

    Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər

    Cihazlar+
    07.03.2025
    Emil Nəcəfov
         Canalys analitik şirkəti 2024-cü il üzrə taxıla bilən ağıllı cihazların tədarükü ilə bağlı hesabatını yayımlayıb. 2023-cü illə müqayisədə bu bazar 4.1% böyüyərək 193 milyon qurğuya çatıb. Ən yaxşı artım göstəricilərinə HUAWEIXiaomi nail olublar. Bu iki şirkətin ümumi bazar payı 41%-ə çatıb. Apple hələ də bazar lideri olsa da, illik bazar payı 19.2%-dən 17.9%-ə düşüb və tədarükləri 3% azalıb. Xiaomi, tədarüklərini 42.2% artıraraq bazar payını 11.1%-dən 15.2%-ə yüksəldib.
         HUAWEI, 26.5 milyon taxıla bilən cihaz sataraq 2023-cü illə müqayisədə 54.2% artım əldə edib. Şirkətin bazar payı 9.3%-dən 13.7%-ə yüksəlib. Bu uğur Watch GT 5, Watch D2 Watch Ultimate kimi yeni modellərlə bağlıdır. Samsung, tədarüklərini 34.9% artıraraq bazar payını 6.3%-dən 8.1%-ə yüksəldib. Hindistanın Noise şirkəti 25.9% tədarük azalması ilə bazar payını 6.4%-dən 4.5%-ə endirib. Canalys analitikləri inkişaf etməkdə olan bazarların artan rolunu vurğulayıblar. Onların fikrincə, 2025-ci ildə istehsalçılar üçün əsas prioritetlər yeni bazarlara genişlənmə və lokal tələblərə uyğunlaşma olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI Note 14S-in render fotoları və texniki imkanları təqdim edilib
    redmi-note-14s-in-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Qatlana bilən iPhone Face ID-dən məhrum ola bilər
    qatlana-bilen-iphone-face-id-den-mehrum-ola-biler
    Samsung qatlanma izinə sahib olmayan qatlana bilən smartfon prototipini sərgiləyib
    samsung-qatlanma-izine-sahib-olmayan-qatlana-bilen-smartfon-prototipini-sergileyib
    M3 Ultra prosessorlu Apple Mac Studio təqdim edilib - QİYMƏTİ
    m3-ultra-prosessorlu-apple-mac-studio-teqdim-edilib-qiymeti
    M4 prosessorlu MacBook Air təqdim edilib - QİYMƏTİ
    m4-prosessorlu-macbook-air-teqdim-edilib-qiymeti