main-post-cover

    iPhone 17 Pro və iPhone 17 Pro Max-ın dizaynları video vasitəsilə sərgilənib (VİDEO)

    Cihazlar+
    10.03.2025
    Emil Nəcəfov
         Apple bu ilin ikinci yarısında iPhone 17 smartfon seriyasını təqdim edəcək. Sözügedən smartfon seriyasının təqdimatına hələ uzun müddət qalmasına baxmayaraq artıq indidən ona daxil olacaq modellərdə olacaq dizayn dəyişikliyini qiymətləndirmək olar. iDeviceHelp adlı YouTube kanalında iPhone 17 modellərinin maketlərinin əks olunduqları video yayımlanıb. Söhbət, iPhone 17, iPhone 17 Air, iPhone 17 ProiPhone 17 Pro Max modellərindən gedir.
         Videodan da göründüyü kimi əsas dizayn dəyişikliyi iPhone 17 Pro və iPhone 17 Pro Max modellərini əhatə edəcək. Belə ki, bu modellərdə arxa kameralar üçbucaq formasında yerləşmələrinə baxmayaraq düzbucaq formalı sahənin daxilində olacaqlar. Həmin düzbucaq formalı kamera sahəsi arxa panelin üst hissəsini tamamilə əhatə edəcək. Bu isə öz növbəsində iPhone 17 Pro modellərinin gövdələrinin bir qədər qalın olmalarına səbəb ola bilər. Gözləntilərə əsasən iPhone 17 Pro Max modelinin gövdə qalınlığı 8 mm-dən çox olacaq.
    Mənbə: iDeviceHelp
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yenilənmiş Siri 2026-cı ilə qədər gecikəcək
    yenilenmis-siri-2026-ci-ile-qeder-gecikecek
    Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
    huawei-ve-xiaomi-taxila-bilen-cihazlar-bazarinin-yarisini-idare-edirler
    Qatlana bilən iPhone Face ID-dən məhrum ola bilər
    qatlana-bilen-iphone-face-id-den-mehrum-ola-biler
    M3 Ultra prosessorlu Apple Mac Studio təqdim edilib - QİYMƏTİ
    m3-ultra-prosessorlu-apple-mac-studio-teqdim-edilib-qiymeti
    M4 prosessorlu MacBook Air təqdim edilib - QİYMƏTİ
    m4-prosessorlu-macbook-air-teqdim-edilib-qiymeti