
Kiçik batareya həcmi səbəbilə iPhone 17 Air batareyalı keysi əldə edə bilər
Cihazlar+
05.05.2025
Emil Nəcəfov
Apple-ın perspektivli smartfonu iPhone 17 Air, son dərəcə nazik gövdəyə malik olduğu üçün əvvəlki nəsil iPhone-lar ilə müqayisədə daha kiçik həcmli batareyaya sahib olacaq. Şirkət bu çatışmazlığı xüsusi batareyalı qoruyucu keys vasitəsilə kompensasiya etməyi planlaşdırır. MacRumors-un məlumatına görə, daxili testlər zamanı müəyyən edilib ki, istifadəçilərin yalnız 60-70%-i iPhone 17 Air modelindən gün ərzində əlavə enerji yığmadan istifadə edə biləcək. Müqayisə üçün, digər iPhone modellərində bu göstərici 80-90% təşkil edir. İstifadə müddətinin azalması cihazın rekord dərəcədə nazik - cəmi 5.5 mm qalınlığında - dizaynı ilə əlaqədardır.

Avtonomluq problemini həll etmək istiqamətində Apple-ın iPhone 17 Air modeli üçün əlavə aksesuar olaraq xüsusi enerji yığan qoruyucu keys buraxmağı planlaşdırdığı ehtimal olunur. Bu keys smartfonu yalnız qorumayacaq, eyni zamanda onun çalışma müddətini əhəmiyyətli dərəcədə uzadacaq. Maraqlıdır ki, Apple sonuncu dəfə bu cür keysləri iPhone 11 üçün təqdim etmişdi, daha sonra isə iPhone 12 və daha yeni modellər üçün MagSafe Battery Pack istehsal olunmuşdu (bu aksesuar sonradan satışdan çıxarılıb).

Bundan əlavə, məlum olub ki, iPhone 17 Air modelinin əsas komplektasiyasına cəmi bir dinamik, bir kamera daxil olacaq və cihazda SIM kart girişi olmayacaq. Gözlənilir ki, iPhone 17 Air sentyabr 2025-ci ildə təqdim olunacaq, lakin hələlik enerji yığan keysin əsas komplektasiyaya daxil olub-olmayacağı və ya ayrıca satılıb-satılmayacağı barədə dəqiq məlumat yoxdur. Həmçinin bildirilir ki, Apple-ın təchizatçıları bu modelin unikal form-faktoruna görə tələbat səviyyəsi ilə bağlı hələ də əmin deyillər. Buna görə də iPhone 17 Air-in istehsalının ilkin mərhələsində onlar mövcud istehsal gücünün cəmi 10%-ni bu modelin yığılmasına ayırmağı planlaşdırırlar.
Mənbə: Macrumors
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 18 Pro çərçivəsiz ekranı və daha kiçik Dynamic Island-ı əldə edə bilər

iPhone 18 Pro çərçivəsiz ekranı və daha kiçik Dynamic Island-ı əldə edə bilər
Apple uzun zamandır iPhone ekranlarında çərçivələrdən və çıxıntılardan qurtulmağa çalışır, eyni zamanda ön kameradan və Face ID funksiyasından imtina etmədən.
Tiim Cook: "Apple yenilənmiş Siri-nin hazırlanmasında irəliləyiş əldə edib"

Tiim Cook: "Apple yenilənmiş Siri-nin hazırlanmasında irəliləyiş əldə edib"
Bu həftə Apple 2025-ci maliyyə ilinin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. İnvestorlarla söhbət zamanı Apple-ın baş direktoru Tim Cook etiraf edib ki, Siri səsli köməkçisinin süni zəka funksiyalarının keyfiyyət standartlarına cavab verməsi üçün şirkətə daha çox vaxt lazım olacaq.
Apple iOS tətbiqlərə kənar ödəniş üsullarını əlavə etməyə icazə verib

Apple iOS tətbiqlərə kənar ödəniş üsullarını əlavə etməyə icazə verib
Apple şirkəti rəsmi olaraq tərtibatçılar üçün nəzərdə tutulmuş App Store Rəhbərliyini yeniləyib və artıq bu rəhbərlik tətbiqlərdə üçüncü tərəf ödəniş sistemlərinə keçid verən bağlantıların əlavə olunmasına icazə verir.
Yüzlərlə ölkədə iPhone-lar casus tətbiqi ilə yoluxublar

Yüzlərlə ölkədə iPhone-lar casus tətbiqi ilə yoluxublar
Apple dünyanın 100 ölkəsində istifadəçilərə onların cihazlarının casus tətbiqlə yoluxduğuna dair bildirişlər göndərib - güman edilir ki, söhbət, İsrailin NSO şirkəti tərəfindən hazırlanmış Pegasus adlı proqram təminatından gedir.
ABŞ məhkəməsi Apple-ı Appe Store-dan kənar ödənişlər üçün komissiyanı ləğv etməyə məcbur edib

ABŞ məhkəməsi Apple-ı Appe Store-dan kənar ödənişlər üçün komissiyanı ləğv etməyə məcbur edib
ABŞ-ın dairə hakimi Yvonne Gonzalez-Rogers ötən çərşənbə günü Apple-ı məhkəməyə hörmətsizlikdə ittiham edib və qərar verib ki, bu andan etibarən Apple artıq App Store xaricində edilən alış-verişlərdən komissiya haqqı tələb edə bilməz.
Həftənin xəbərləri

