
MSI MAG 272UP QD-OLED X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.05.2025
Emil Nəcəfov
MSI şirkəti öz yeni flaqman gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor MSI MAG 272UP QD-OLED X24 adlanır. Beləliklə bu yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 138%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə NVIDIA G-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4a, USB Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. MSI MAG 272UP QD-OLED X24 artıq Çində satışa çıxıb və onun qiyməti 776$ təşkil edir. MSI bildirib ki, sözügedən monitor digər regionlarda da satışa çıxacaq.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
MSI MAG 275QPF X30 gaming monitoru təqdim edilib

MSI MAG 275QPF X30 gaming monitoru təqdim edilib
MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru MSI MAG 275QPF X30 adlanır.
MSI MAG 271QP QD-OLED X24 gaming monitoru təqdim edilib

MSI MAG 271QP QD-OLED X24 gaming monitoru təqdim edilib
MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 271QP QD-OLED X24 adlanır.
MSI MAG 274QF X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ

MSI MAG 274QF X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ
MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 274QF X24 adlanır.
Google TV-yə sahib MSI Modern MD272UPSW smart monitoru təqdim edilib

Google TV-yə sahib MSI Modern MD272UPSW smart monitoru təqdim edilib
MSI şirkəti Google TV əməliyyat sisteminə sahib Modern MD272UPSW adlı smart monitorunu təqdim edib. Bu yeni monitor iş, əyləncə və yaradıcılıq üçün geniş imkanları təklif edir.
MSI MAG 273QP gaming monitoru təqdim edilib

MSI MAG 273QP gaming monitoru təqdim edilib
MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 273QP adlanır.
Həftənin xəbərləri

