main-post-cover

    Nothing Phone (3a) smartfonu iPhone 16 seriyasının özəlliklərindən birini əldə edəcək

    Cihazlar+
    04.02.2025
    Emil Nəcəfov
         Nothing şirkəti Nothing Phone (3a) smartfonunun 4 mart 2025-ci ildə təqdim olunacağını artıq elan edib və onun reklam kampaniyası sürətlə genişlənir. Nothing tərəfindən təqdim edilmiş yeni görüntü smartfonun kamera üçün xüsusi düyməyə sahib olacağını göstərir. Bu düymə, kameranı sürətli şəkildə işə salmaq və foto/video çəkmək üçün rahat bir alət olacaq. Bu, iPhone 16 smartfon seriyasındakı Camera Control düyməsinə bənzəyəcək. Nothing Phone (3a) istifadəçiləri yalnız dizaynı ilə deyil, həm də təkmilləşdirilmiş kamera imkanları ilə təəccübləndirəcək. Yeni modelin aşağıdakı kamera konfiqurasiyasına sahib olacağı gözlənilir:
    - 50 MP əsas kamera
    - 50 MP telekamera (2 qat optik zoom) - bu, Nothing brendi üçün ilk olacaq
    - 8 MP ultra genişbucaqlı kamera.
         Bu xüsusiyyətlər Phone (3a)-nın kamera baxımından Nothing-in indiyə qədərki ən inkişaf etmiş modeli ola biləcəyini göstərir. Digər texniki imkanlara gəldikdə, Nothing Phone (3a)-nın 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym ölçülü AMOLED ekranı əldə edəcəyi, Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, çox güman ki, smartfon şəffaf arxa panel dizaynını əldə edəcək.
    Mənbə: Nothing
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (3a) smartfon seriyasının təqdimatı anons edilib
    nothing-phone-3a-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Nothing Phone (3)-ün təqdimatı anons edilib
    nothing-phone-3-un-teqdimati-anons-edilib
    Nothing növbəti smartfonuna dair qeyri-adi tizer fotonu bölüşüb
    nothing-novbeti-smartfonuna-dair-qeyri-adi-tizer-fotonu-bolusub
    Nothing şirkəti irimiqyaslı genişlənməyə hədəflənib
    nothing-sirketi-irimiqyasli-genislenmeye-hedeflenib
    Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı məlum olub
    nothing-phone-3-un-ne-zaman-teqdim-olunacagi-melum-olub