main-post-cover

    OnePlus 15-in ilk real fotosu ortaya çıxıb

    Cihazlar+
    16.09.2025
    Emil Nəcəfov
         OnePlus şirkəti yaxın müddətdə və ya ilin sonuna kimi OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. İndi isə internetdə bu yeni smartfonun ilk real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda OnePlus 15-in arxa paneli 3 müxtəlif gövdə rəngində əks olunub. Görmək olar ki, OnePlus 15 yeni gövdə dizaynını əldə edəcək. Onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək və kamera sahəsinin daxilində 3 ədəd kamera mövcud olacaq. Kameraların yerləşməsi baxımından kamera sahəsi iPhone-nun kamera sahəsinə bənzəyir. Məlumatda qeyd edilib ki, smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym ölçülü ekranla təchiz olunacaq. Çox güman ki, smartfon Snapdragon 8 Elite 5 prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Pad 3R planşeti Geekbench testlərindən keçib
    oneplus-pad-3r-planseti-geekbench-testlerinden-kecib
    Hələ təqdim olunmamış OnePlus 15 smartfonu Geekbench testlərindən keçib
    hele-teqdim-olunmamis-oneplus-15-smartfonu-geekbench-testlerinden-kecib
    Büdcəli OnePlus Nord Buds 3r qulaqlığı təqdim edilib - QİYMƏTİ
    budceli-oneplus-nord-buds-3r-qulaqligi-teqdim-edilib-qiymeti
    Orta səviyyəli OnePlus Pad Lite planşeti təqdim edilib - QİYMƏTİ
    orta-seviyyeli-oneplus-pad-lite-planseti-teqdim-edilib-qiymeti
    OnePlus Watch 3 43 mm ağıllı saatı təqdim edilib - QİYMƏTİ
    oneplus-watch-3-43-mm-agilli-saati-teqdim-edilib-qiymeti