main-post-cover

    OnePlus Buds 4 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.05.2025
    Emil Nəcəfov
         OnePlus şirkəti Buds 4 adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Seriyanın əvvəlki modeli ilə müqayisədə bu dəfə aktiv səsboğucu (ANC) funksiyası təkmilləşdirilib və şirkət nisbətən əlçatan qiymətə flaqman səviyyəsində səs keyfiyyəti vəd edir. OnePlus-ın təqdim etdiyi məlumata görə, OnePlus Buds 4-də aktiv səsboğucu sistemin effektivliyi 55 dB-ə (desibel) çatır. Bundan əlavə, xüsusi süni zəka alqoritmi səs-küylü mühitdə belə telefon danışıqları zamanı səsin aydın ötürülməsini təmin edir. Qulaqlıqda OnePlus-un “qızıl səs profili” adlandırdığı funksiya da mövcuddur. Bu xüsusiyyət istifadəçiyə şəxsi seçimlərinə uyğun olaraq qulaqlığın akustik parametrlərini tənzimləməyə imkan verir. Modelin digər bir özəlliyi isə süni zəka dəstəyi ilə həyata keçirilən nitqin tərcüməsi funksiyasıdır. Bu xüsusiyyət smartfonlar birlikdə işləyir. OnePlus Buds 4 qulaqlığının Çin bazarındakı qiyməti 62$-dır. Qulaqlığın qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Pad 3 planşetinin təqdimatı anons edilib
    oneplus-pad-3-plansetinin-teqdimati-anons-edilib
    OnePlus Pad 2 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
    oneplus-pad-2-pro-flaqman-planseti-teqdim-edilib-qiymeti
    OnePlus 13s-in yaxın zamanda təqdimatı elan edilib
    oneplus-13s-in-yaxin-zamanda-teqdimati-elan-edilib
    Kompakt ölçülü OnePlus 13T təqdim olunub - QİYMƏTİ
    kompakt-olculu-oneplus-13t-teqdim-olunub-qiymeti
    Təqdimata hazırlaşan OnePlus 13T-nin hansı həcmdə batareyaya sahib olacağı açıqlanıb
    teqdimata-hazirlasan-oneplus-13t-nin-hansi-hecmde-batareyaya-sahib-olacagi-aciqlanib