main-post-cover

    Orta büdcəli POCO M7 Plus 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.08.2025
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO M7 Plus 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO M7 Plus 5G smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.9 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         O, Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda POCO M7 Plus 5G özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO M7 Plus 5G 19 avqust tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 160$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli REDMI 15 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-redmi-15-5g-smartfonu-teqdim-edilib-qiymeti
    REDMI 8500 mAh batareyaya sahib nazik gövdəli smartfon üzərində çalışır
    redmi-8500-mah-batareyaya-sahib-nazik-govdeli-smartfon-uzerinde-calisir
    Büdcəli REDMI A24 2026 monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-a24-2026-monitoru-teqdim-edilib-qiymeti
    Gündəlik işlər üçün nəzərdə tutulmuş büdcəli REDMI A27 2026 monitoru təqdim edilib - QİYMƏTİ
    gundelik-isler-ucun-nezerde-tutulmus-budceli-redmi-a27-2026-monitoru-teqdim-edilib-qiymeti
    Sentyabrda Xiaomi-nin 7 smartfonunda HyperOS 3 istifadəyə veriləcək
    sentyabrda-xiaomi-nin-7-smartfonunda-hyperos-3-istifadeye-verilecek