main-post-cover

    Orta büdcəli REDMI 15 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.08.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi orta büdcəli REDMI 15 5G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI 15 5G smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.9 düym ölçülü IPS LCD ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI 15 5G özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI 15 5G artıq satışa çıxıb və onun qiyməti 170$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI 8500 mAh batareyaya sahib nazik gövdəli smartfon üzərində çalışır
    redmi-8500-mah-batareyaya-sahib-nazik-govdeli-smartfon-uzerinde-calisir
    Büdcəli REDMI A24 2026 monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-a24-2026-monitoru-teqdim-edilib-qiymeti
    Gündəlik işlər üçün nəzərdə tutulmuş büdcəli REDMI A27 2026 monitoru təqdim edilib - QİYMƏTİ
    gundelik-isler-ucun-nezerde-tutulmus-budceli-redmi-a27-2026-monitoru-teqdim-edilib-qiymeti
    Sentyabrda Xiaomi-nin 7 smartfonunda HyperOS 3 istifadəyə veriləcək
    sentyabrda-xiaomi-nin-7-smartfonunda-hyperos-3-istifadeye-verilecek
    Xiaomi 16 Pro Max superflaqmanı hazırlanır
    xiaomi-16-pro-max-superflaqmani-hazirlanir