main-post-cover

    Orta büdcəli REDMI Note 15 Pro Plus smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.08.2025
    Emil Nəcəfov
         REDMI brendi büdcəli REDMI Note 15 və orta büdcəli REDMI Note 15 Pro-dan əlavə olaraq orta büdcəli REDMI Note 15 Pro+ smartfonunu da təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib. REDMI Note 15 Pro+ modeli xarici görünüşcə REDMI Note 15 Pro-ya bənzəyir və bəzi texniki imkanlar baxımından onunla oxşardır. Beləliklə REDMI Note 15 Pro+ smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir.
         Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Üstəlik ekran Xiaomi Dragon Crystal Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Smartfonun gövdəsi IP66/68/69/69K standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 7s Gen 4 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI Note 15 Pro+ özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI Note 15 Pro+ artıq Çində satışa çıxıb və onun qiyməti 292$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli REDMI Note 15 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-redmi-note-15-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli REDMI Note 15 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-note-15-smartfonu-teqdim-edilib-qiymeti
    Xiaomi rəsmi şəkildə Avropanın elektromobil bazarına daxil olma planını elan edib
    xiaomi-resmi-sekilde-avropanin-elektromobil-bazarina-daxil-olma-planini-elan-edib
    Ofis işləri üçün nəzərdə tutulmuş REDMI A27U Type-C 2026 monitoru təqdim edilib - QİYMƏTİ
    ofis-isleri-ucun-nezerde-tutulmus-redmi-a27u-type-c-2026-monitoru-teqdim-edilib-qiymeti
    POCO M7 4G smartfonu təqdim edilib
    poco-m7-4g-smartfonu-teqdim-edilib