main-post-cover

    Ofis işləri üçün nəzərdə tutulmuş REDMI A27U Type-C 2026 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.08.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Brendin yeni monitoru REDMI A27U Type-C 2026 adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 93%-ni əhatə edir. Monitor istifadəçi gözlərinin qorunması üçün göy işıq səviyyəsinin aşağı salınması imkanına sahibdir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB 2.0, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. REDMI A27U Type-C 2026 artıq Çində satışa çıxıb və onun qiyməti 250$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO M7 4G smartfonu təqdim edilib
    poco-m7-4g-smartfonu-teqdim-edilib
    POCO C85-in render fotoları və texniki imkanları təqdim olunub
    poco-c85-in-render-fotolari-ve-texniki-imkanlari-teqdim-olunub
    Orta büdcəli POCO M7 Plus 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-poco-m7-plus-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli REDMI 15 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-redmi-15-5g-smartfonu-teqdim-edilib-qiymeti
    REDMI 8500 mAh batareyaya sahib nazik gövdəli smartfon üzərində çalışır
    redmi-8500-mah-batareyaya-sahib-nazik-govdeli-smartfon-uzerinde-calisir