
POCO M7 4G smartfonu təqdim edilib
Cihazlar+
14.08.2025
Emil Nəcəfov
Xiaomi-nin POCO brendi dünən POCO M7 Plus 5G smartfonunu təqdim etdi. İndi isə brend POCO M7 4G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO M7 4G smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.9 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir.

Smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. O, Snapdragon 685 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda POCO M7 4G özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO M7 4G-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
POCO C85-in render fotoları və texniki imkanları təqdim olunub

POCO C85-in render fotoları və texniki imkanları təqdim olunub
Xiaomi-nin POCO brendi POCO C85 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə insayderlər bu smartfonun render fotolarını və texniki imkanlarını təqdim ediblər.
Orta büdcəli POCO M7 Plus 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli POCO M7 Plus 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO M7 Plus 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli REDMI 15 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli REDMI 15 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi orta büdcəli REDMI 15 5G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
REDMI 8500 mAh batareyaya sahib nazik gövdəli smartfon üzərində çalışır

REDMI 8500 mAh batareyaya sahib nazik gövdəli smartfon üzərində çalışır
Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, REDMI brendi böyük həcmli batareyaya sahib nazik gövdəli bir smartfon üzərində çalışır.
Büdcəli REDMI A24 2026 monitoru təqdim edilib - QİYMƏTİ

Büdcəli REDMI A24 2026 monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz büdcəli monitor seriyasını genişləndirməyə davam edir. Bu dəfə brend REDMI A24 2026 adlı yeni monitorunu təqdim edib.
Həftənin xəbərləri

