main-post-cover

    Orta büdcəli REDMI Note 15R təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    25.08.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi orta büdcəli REDMI Note 15R smartfonunu təqdim edib. Sözügedən yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI Note 15R smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.9 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI Note 15R özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI Note 15R artıq Çində satışa çıxıb və onun qiyməti 209$-dan start götürür. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli REDMI Note 15 Pro Plus smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-redmi-note-15-pro-plus-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli REDMI Note 15 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-redmi-note-15-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli REDMI Note 15 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-note-15-smartfonu-teqdim-edilib-qiymeti
    Xiaomi rəsmi şəkildə Avropanın elektromobil bazarına daxil olma planını elan edib
    xiaomi-resmi-sekilde-avropanin-elektromobil-bazarina-daxil-olma-planini-elan-edib
    Ofis işləri üçün nəzərdə tutulmuş REDMI A27U Type-C 2026 monitoru təqdim edilib - QİYMƏTİ
    ofis-isleri-ucun-nezerde-tutulmus-redmi-a27u-type-c-2026-monitoru-teqdim-edilib-qiymeti