main-post-cover

    Orta büdcəli Samsung Galaxy F36 5G təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.07.2025
    Emil Nəcəfov
         Samsung şirkəti öz yeni orta büdcəli smartfonu olan Galaxy F36 5G-ni təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy F36 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz edilib. Üstəlik ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfon Exynos 1380 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy F36 5G özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Samsung bildirib ki, bu yeni orta büdcəli smartfon 6 illik Android dəstəyini və 6 illik təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy F36 5G smartfonu 28 iyul tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 202$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Tab S11 Ultra planşetinin ilk render fotosu təqdim edilib
    samsung-galaxy-tab-s11-ultra-plansetinin-ilk-render-fotosu-teqdim-edilib
    Samsung yeni S Pen stilus texnologiyası üzərində çalışır
    samsung-yeni-s-pen-stilus-texnologiyasi-uzerinde-calisir
    Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
    samsung-galaxy-s25-fe-nin-iki-vacib-ozelliyi-aciqlanib
    Samsung ağıllı sırğalar və boyunbağı üzərində çalışmış ola bilər
    samsung-agilli-sirgalar-ve-boyunbagi-uzerinde-calismis-ola-biler
    Samsung Galaxy S25 FE-nin real fotosu ortaya çıxıb
    samsung-galaxy-s25-fe-nin-real-fotosu-ortaya-cixib