main-post-cover

    Samsung Galaxy Tab S11 Ultra planşetinin ilk render fotosu təqdim edilib

    Cihazlar+
    16.07.2025
    Emil Nəcəfov
         Evan Blass adlı məşhur insayder hələ təqdim olunmamış Samsung Galaxy Tab S11 Ultra planşetinin ilk render fotosunu təqdim edib. Təqdim edilmiş fotoda planşetin həm ön paneli həm də arxa paneli əks olunub. Render fotodan da görmək olar ki, Samsung Galaxy Tab S11 Ultra planşeti xarici görünüş baxımından keçən ilki Samsung Galaxy Tab S10 Ultra-dan heç də fərqlənməyəcək. Fotoda həmçinin S Pen stilusunu görmək olar. Bu isə yeni planşetin özündə bu stilusun dəstəyini qoruyub saxlayacağını təsdiqləyir. Planşetin arxa panelində iki ədəd kamera yerləşəcək. Samsung Galaxy Tab S11 Ultra-nın texniki imkanları barəsində dəqiq bir məlumat yoxdur. Lakin güman edilir ki, planşet 14.6 düym ölçülü ekranı özündə qoruyub saxlayacaq. Planşetin payız fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung yeni S Pen stilus texnologiyası üzərində çalışır
    samsung-yeni-s-pen-stilus-texnologiyasi-uzerinde-calisir
    Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
    samsung-galaxy-s25-fe-nin-iki-vacib-ozelliyi-aciqlanib
    Samsung ağıllı sırğalar və boyunbağı üzərində çalışmış ola bilər
    samsung-agilli-sirgalar-ve-boyunbagi-uzerinde-calismis-ola-biler
    Samsung Galaxy S25 FE-nin real fotosu ortaya çıxıb
    samsung-galaxy-s25-fe-nin-real-fotosu-ortaya-cixib
    Samsung Galaxy Watch Ultra 2025 təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-watch-ultra-2025-teqdim-olunub-qiymeti