main-post-cover

    Orta büdcəli Vivo Y31 Pro 5G təqdim edilib

    Cihazlar+
    15.09.2025
    Emil Nəcəfov
         Vivo şirkəti Vivo Y31 5G ilə yanaşı onun Pro versiyasını da təqdim edib. Bu model də orta büdcəli smartfonlar seqmentinə aiddir. Smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y31 Pro 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.72 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1050 nit təşkil edir. Smartfonun gövdəsi IP64 standartı üzrə nəmişlikdən və tozdan qorunma özəlliyinə sahibdir. Üstəlik gövdə MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Smartfon MediaTek Dimensity 7300 5G prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y31 Pro 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y31 Pro 5G-nin nə zaman və hansı qiymətə satışa çıxacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Vivo Y31 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y31-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo Y500 smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y500-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo T4 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
    orta-budceli-vivo-t4-pro-smartfonu-teqdim-olunub-qiymeti
    Vivo Vision qarışıq reallıq cihazı təqdim edilib
    vivo-vision-qarisiq-realliq-cihazi-teqdim-edilib
    Orta büdcəli Vivo G3 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-g3-5g-smartfonu-teqdim-edilib-qiymeti