Professionallar üçün LG UltraFine evo 6K monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.09.2025
Emil Nəcəfov
LG şirkəti dizayn, montaj, 3D qrafika və digər yaradıcı istiqamətlərdə fəaliyyət göstərən professionallar üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG UltraFine evo 6K adlanır. Beləliklə bu yeni monitor 6144x3456 piksel keyfiyyətli 31.5 düym ölçülü Nano IPS Black ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və Adobe RGB rəng diapazonunun 99.5%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor DisplayPort 2.1, HDMI 2.1, USB-C, Thunderbolt 5 girişlərini və 5 vatt gücündə 2 ədəd səsgücləndiricini əldə edib. Thunderbolt 5 girişi məlumatların saniyədə 80 Gbit sürətlə ötürülməsini və bir neçə əlavə monitorun qoşulmasını dəstəkləyir. LG UltraFine evo 6K artıq Cənubi Koreyada satışa çıxıb və onun qiyməti 2137$ təşkil edir. Monitor yaxın müddətdə digər regionlarda da satışa çıxmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
LG UltraGear OLED 32GX850A gaming monitoru təqdim edilib
LG UltraGear OLED 32GX850A gaming monitoru təqdim edilib
LG şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru UltraGear OLED 32GX850A adlanır. Bu yeni monitor iki rejimdə çalışmağı ilə seçilir.
LG UltraGear 27GX704A gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG UltraGear 27GX704A gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear 27GX704A adlanır.
Geniş formatlı LG UltraWide 49U950A-W monitoru təqdim edilib
Geniş formatlı LG UltraWide 49U950A-W monitoru təqdim edilib
LG şirkəti UltraWide 49U950A-W adlı yeni geniş formatlı monitorunu təqdim edib.
LG UltraGear 27G810A gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG UltraGear 27G810A gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear 27G810A adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir.
Tandem OLED ekranlı ilk gaming monitor LG UltraGear 27GX700A təqdim edilib - QİYMƏTİ
Tandem OLED ekranlı ilk gaming monitor LG UltraGear 27GX700A təqdim edilib - QİYMƏTİ
LG şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear 27GX700A adlanır.
Həftənin xəbərləri