main-post-cover

    Qatlana bilən iPhone-a görə digər iPhone-ların buraxılış müddətində dəyişiklik ola bilər

    Cihazlar+
    05.05.2025
    Emil Nəcəfov
         2026-cı ildə ilk qatlana bilən iPhone modelinin təqdim olunacağı gözlənilir - bu, Apple üçün o qədər mühüm hadisə olacaq ki, şirkət cihazlarının buraxılış konsepsiyasını yenidən nəzərdən keçirə bilər. The Information saytının məlumatına görə, Apple qatlana bilən smartfon üçün marketinq kampaniyasına yer açmaq məqsədilə iPhone-un adi buraxılış cədvəlində əhəmiyyətli dəyişikliklər edəcək. Gözlənilir ki, 2026-cı ilin payızında Apple iPhone 18 Pro, iPhone 18 Pro Max, iPhone 18 Air və qatlana bilən iPhone modelini təqdim edəcək.
         Standart iPhone 18 iPhone 16E modelini əvəz edəcək büdcə variantı isə yalnız 2027-ci ilin yazında satışa çıxarılacaq. Beləliklə, satışa əvvəlcə bahalı premium modellər çıxarılacaq, daha sərfəli modellər isə 6 ay sonra bazara təqdim olunacaq. İnsayderlərin məlumatına görə, Apple-ın qatlana bilən cihazında daxili ekranın ölçüsü 7.8 düym olacaq və onun üzərində qatlanma izi görünməyəcək. Xarici ekranın ölçüsü isə 5.5 düym təşkil edəcək.
         Qatlanmış vəziyyətdə cihazın qalınlığı 9-9.5 mm, açıq halda isə 4.5-4.8 mm olacaq. Qatlana bilən iPhone titandan hazırlanmış gövdəyə, maye metaldan hazırlanmış şarnir konstruksiyasına, ikili arxa kameraya və tək ön kameraya sahib olacaq. Cihazın Face ID texnologiyası ilə təchiz olunacağı, Touch ID-nin isə istifadə edilməyəcəyi ehtimal olunur. Qatlana bilən iPhone-un qiymətinin 2100-2300$ aralığında olacağı gözlənilir ki, bu da onu öz sinfində ən bahalı modellərdən birinə çevirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kiçik batareya həcmi səbəbilə iPhone 17 Air batareyalı keysi əldə edə bilər
    kicik-batareya-hecmi-sebebile-iphone-17-air-batareyali-keysi-elde-ede-biler
    iPhone 18 Pro çərçivəsiz ekranı və daha kiçik Dynamic Island-ı əldə edə bilər
    iphone-18-pro-cercivesiz-ekrani-ve-daha-kicik-dynamic-island-i-elde-ede-biler
    Tiim Cook: "Apple yenilənmiş Siri-nin hazırlanmasında irəliləyiş əldə edib"
    tiim-cook-apple-yenilenmis-siri-nin-hazirlanmasinda-irelileyis-elde-edib
    Apple iOS tətbiqlərə kənar ödəniş üsullarını əlavə etməyə icazə verib
    apple-ios-tetbiqlere-kenar-odenis-usullarini-elave-etmeye-icaze-verib
    Yüzlərlə ölkədə iPhone-lar casus tətbiqi ilə yoluxublar
    yuzlerle-olkede-iphone-lar-casus-tetbiqi-ile-yoluxublar