main-post-cover

    Qlobal bazarda Motorola Edge 60 və Edge 60 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    25.04.2025
    Emil Nəcəfov
         Motorola şirkəti qlobal bazarda Edge 60 Edge 60 Pro smartfonlarını təqdim edib. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də bəzi texniki göstəricilər baxımından fərqlənirlər. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonlarda gövdə hissəsi IP69 standartı üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Motorola Edge 60 modeli MediaTek Dimensity 7300 prosessoru vasitəsilə, Edge 60 Pro modeli isə Dimensity 8350 prosessoru vasitəsilə çalışır. Hər iki smartfon 12 GB RAM ilə 512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda həm Edge 60 həm də Edge 60 Pro özündə 50 MP + 50 MP + 10 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir.
         Edge 60 modeli 68 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya, Edge 60 Pro modeli isə 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı Edge 60 Pro modeli 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Motorola-nın bu yeni smartfonları artıq satışdadırlar. Edge 60 modelinin qiyməti 428 avro, Edge 60 Pro-nun qiyməti isə 599 avro təşkil edir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola Edge 60-ın render fotoları və texniki imkanları təqdim edilib
    motorola-edge-60-in-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Motorola öz ilk noutbuku Moto Book 60-ı təqdim edib - QİYMƏTİ
    motorola-oz-ilk-noutbuku-moto-book-60-i-teqdim-edib-qiymeti
    Moto Pad 60 PRO planşeti təqdim edilib - QİYMƏTİ
    moto-pad-60-pro-planseti-teqdim-edilib-qiymeti
    Orta büdcəli Motorola Edge 60 STYLUS smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-motorola-edge-60-stylus-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Motorola Razr 2025 smartfon seriyasının təqdimatı anons edilib
    qatlana-bilen-qapaqli-motorola-razr-2025-smartfon-seriyasinin-teqdimati-anons-edilib