main-post-cover

    REDMI Turbo 5 smartfonu 8000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək

    Cihazlar+
    14.10.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi gələn ilin əvvəlində REDMI Turbo 5 smartfonunu təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində bəzi təfərrüatları təqdim edib. Təqdim edilmiş məlumatlardan belə qənaətə gəlmək olar ki, REDMI Turbo 5 smartfonu potensial alıcıları öz batareya həcmi ilə heyrətləndirəcək. Belə ki, insayderin sözlərinə inansaq, REDMI-nin bu yeni smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyalı 9000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Bundan əlavə olaraq insayder bildirib ki, smartfon 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq. Smartfonun dizaynı minimalistik olacaq və onun gövdə küncləri dairəvi formada olacaq. Gözləntilərə əsasən REDMI Turbo 5 smartfonu hələ təqdim olunmamış MediaTek Dimensity 8500 Ultra prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI K90 Pro smartfonu Geekbench testlərindən keçib
    redmi-k90-pro-smartfonu-geekbench-testlerinden-kecib
    REDMI Monitor G34WQ 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    redmi-monitor-g34wq-2026-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi 17 Ultra-nın kamera göstəriciləri ortaya çıxıb
    xiaomi-17-ultra-nin-kamera-gostericileri-ortaya-cixib
    Xiaomi 17 Pro və 17 Pro Max qlobal bazarda satışa çıxmaya bilər
    xiaomi-17-pro-ve-17-pro-max-qlobal-bazarda-satisa-cixmaya-biler
    REDMI K90 smartfonu Geekbench testlərindən keçib
    redmi-k90-smartfonu-geekbench-testlerinden-kecib