“Xiaomi” ağıllı ev, taxılan qadcetlər və əyləncə üçün yeni nəsil AIoT cihazlarını təqdim edir
Cihazlar+
21.10.2025
Farid Pardashunas
    “Xiaomi” şirkəti qlobal bazarlarda AIoT portfelini genişləndirən beş yeni məhsulun buraxılışını elan edib: Xiaomi Watch S4 41mm, Xiaomi Smart Band 10 Glimmer Edition, Xiaomi Robot Vacuum 5 / 5 Pro və Xiaomi Smart Camera C701.
    Bu yeni cihazlar ağıllı təmizlik, şəxsi sağlamlıq monitorinqi, təhlükəsizlik və əyləncələri əhatə etməklə gündəlik həyata dəyişiklik gətirmək üçün nəzərdə tutulub. Süni intellektin gücünə güvənən “Xiaomi” daha effektiv ağıllı ev sistemləri və məlumatlara əsaslanan müasir həyat tərzi yaratmaqla insan və texnologiyalar arasında qarşılıqlı əlaqəni inkişaf etdirir.
Xiaomi Watch S4 41mm: zərif dizayn və sağlamlığa qayğı
    Xiaomi Watch S4 41mm eleqant üslubu və qabaqcıl sağlamlıq monitorinqi funksiyalarını özündə birləşdirir. 
    1500 nitədək parlaqlığa və 466 × 466 piksel genişlənməyə malik 1,32 düymlük AMOLED displeylə təchiz edilmiş saat hətta günəş şüaları altında belə əla görüntünü təmin edir. 
    Cəmi 9,5 mm korpus qalınlığına və 32 q çəkiyə malik cihaz məşqlərdən yuxuyadək - gündəlik istifadə üçün rahatdır.
    Model Black, Mint Green, White və eksklüziv Sunset Gold versiyasında təqdim olunur. Sonuncu versiya qızılı Milan kəmərinə və inkrustasiya edilmiş brilyanta malikdir.
    Saat 150 idman rejimini dəstəkləyir, dəqiq ürək ritmi sensoru, yuxu analizi funksiyası və marşrutun izlənməsi üçün iki diapazonlu GNSS sistemi ilə təchiz edilmişdir. “Sport Vlog” funksiyası ilə məşq zamanı smartfonun kamerasını məsafədən idarə etmək mümkündür.
    8 günlük avtonom iş müddəti və sürətli şarj sayəsində Xiaomi Watch S4 41mm aktiv həyat tərzi üçün etibarlı və dəbli yol yoldaşına çevrilir.
“Xiaomi Smart Band 10 Glimmer Edition”: əfsanəvi fitnes-trekerin möhtəşəm yenilənməsi
    “Xiaomi” taxıla bilən cihazlarda innovasiyaların 10 illiyini qeyd etmək üçün premium dizaynı və funksionallığı özündə birləşdirən “Smart Band 10 Glimmer Edition” qolbağını təqdim edir. 
    “Glimmer Gold” modeli trekeri həm idman məşğələləri, həm ofis, həm də təntənəli tədbirlər üçün uyğun olan eleqant aksesuara çevirir. 
    1500 nit parlaqlığa və 60 Hz yeniləmə tezliyinə malik 1,72 düymlük AMOLED displey rəvan və aydın görüntünü təmin edir, həmçinin kulon və ya çanta breloku kimi istifadə edilə bilir. 
    Qolbaq 150-dən çox idman rejimini dəstəkləyir, yuxu analizi təklif edir və real zaman rejimində məşqləri izləmək üçün xarici fitnes qadcetləri ilə sinxronizasiya olunur. “Xiaomi HyperOS” əməliyyat sistemi ilə işləyən qolbaq həm də ağıllı idarəetmə mərkəzi funksiyasını yerinə yetirir - cihazları, təqdimatları və kameranı idarə etməyə imkan verir.
200-dən çox siferblat və normal istifadə zamanı 21 günədək işləməni təmin edən 233 mA·s həcmli batareya sayəsində “Xiaomi Smart Band 10 Glimmer Edition” hər hərəkətdə üslub, rahatlıq və innovasiyanı təcəssüm etdirir.
“Xiaomi Robot Vacuum 5” və “Xiaomi Robot Vacuum 5 Pro”: süni intellekt dəstəyinə malik ağıllı  təmizlik
    “Xiaomi” təmizliyi effektiv və rahat şəkildə təmin etmək üçün yaradılmış “Xiaomi Robot Vacuum 5” seriyasını təqdim edir.
    Robot Vacuum 5 Pro 20000 Pa sovurma gücünə malik mühərrik, dToF (Direct Time-of-Flight) Smart Retractable Radar texnologiyası, real zaman rejimində marşrutu müəyyən edən, çirklənməni və maneələri tanıyan üçlü süni intellekt sistemi ilə təchiz edilmişdir. 
    Robot Vacuum 5 eyni gücü və daha nazik korpusda dəqiq S-Cross™ dual-line structured light naviqasiyasını təklif edir. Onun bazası özünü təmizləyən altlıq, su temperaturunun tənzimlənməsi və iki saatlıq qurutma funksiyası ilə təchiz edilmişdir.
    Baza döşəmə silgisini 80°C temperaturda isti su ilə yuyur və avtomatik təmizləmə həyata keçirir ki, bununla da ideal gigiyenanı təmin edir. 
    Hər iki model künclərin 100% təmizlənməsini, 5200 mA·saat batareya ilə 140 dəqiqəyə qədər işləməni təmin edir, “Alexa” və “Google Assistant” dəstəyi ilə “Xiaomi Smart Home” vasitəsilə idarə olunur.
Xiaomi Robot Vacuum 5 və 5 Pro müasir ağıllı ev üçün yaradılmış güclü, dəqiq və tam avtomatlaşdırılmış təmizləmə deməkdir.

“Xiaomi Smart Camera C701”: 4K Ultra HD və intellektual təhlükəsizlik
    “Xiaomi Smart Camera C701” 8 meqapiksellik sensor və 6 elementli obyektivlə təchiz edilib, HDR sayəsində aydın detallar və işıq balansı ilə 4K Ultra HD videonu təmin edir.
    Kamera tam rəngli və qırmızı parıltısız infraqırmızı rejimdə 10 m-ə qədər gecə görüntüsünü dəstəkləyir. Süni intellekt tanıma sistemi insanları, uşaqları və heyvanları müəyyən edir, ağıllı bildirişlər isə yalnız uşağın ağlaması və ya insan hərəkəti kimi mühüm hadisələr barədə məlumat verir.
    Obyektivin mexaniki örtüyü tam məxfilik nəzarətini təmin edir, ikitərəfli audioəlaqə, Wi-Fi 6, həmçinin “Google Assistant” və “Alexa” vasitəsilə səsli idarəetmə rahatlığı və sabit işləməni təmin edir. Videolar microSD və ya buludda saxlanılır. 
    “Xiaomi Smart Camera C701” evinizin qorunması üçün etibarlı və ağıllı həlldir.
Qiymət və məhsulların mövcudluğu
“Xiaomi” brendinin Xiaomi Watch S4 41mm,  Xiaomi Smart Band 10 Glimmer Edition, Xiaomi Robot Vacuum 5, Xiaomi Robot Vacuum 5 Pro və Xiaomi Smart Camera C701 məhsullarını rəsmi pərakəndə satış tərəfdaşlarından əldə edə bilərsiniz. 
- Xiaomi Watch S4 41mm: 399 AZN-dən başlayan qiymətlərlə
 
- Xiaomi Smart Band 10 Glimmer Edition: 199 AZN-dən başlayan qiymətlərlə
 
- Xiaomi Robot Vacuum 5: 1699 AZN-dən başlayan qiymətlərlə
 - Xiaomi Robot Vacuum 5 Pro: 1999 AZN-dən başlayan qiymətlərlə
 
- Xiaomi Smart Camera C701: 129 AZN-dən başlayan qiymətlərlə
 
Məhsulların qiyməti və mövcudluğu haqqında ən son məlumatlar üçün “Kontakt” və “Baku Electronics”in saytlarını və səhifələrini izləyə bilərsiniz. 
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
REDMI Watch 6 ağıllı saatının təqdimatı anons edilib
REDMI Watch 6 ağıllı saatının təqdimatı anons edilib
Xiaomi-nin REDMI brendi öz yeni ağıllı saatı olacaq REDMI Watch 6-nın təqdimatını anons edib.
REDMI K90 Pro Max-ın təqdimatı anons edilib və dizaynı sərgilənib
REDMI K90 Pro Max-ın təqdimatı anons edilib və dizaynı sərgilənib
Xiaomi-nin REDMI brendi öz növbəti flaqman smartfonu olacaq REDMI K90 Pro Max-ın təqdimatını anons edib və onun xarici görünüşünü sərgiləyib.
REDMI Turbo 5 smartfonu 8000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
REDMI Turbo 5 smartfonu 8000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
Xiaomi-nin REDMI brendi gələn ilin əvvəlində REDMI Turbo 5 smartfonunu təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində bəzi təfərrüatları təqdim edib.
REDMI K90 Pro smartfonu Geekbench testlərindən keçib
REDMI K90 Pro smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin REDMI brendi ilin sonuna kimi REDMI K90 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq: REDMI K90 və K90 Pro. İndi isə məlum olub ki, REDMI K90 Pro modeli Geekbench testlərindən keçib.
REDMI Monitor G34WQ 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ
REDMI Monitor G34WQ 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI Monitor G34WQ 2026 adlanır.
Həftənin xəbərləri