main-post-cover

    Samsung Galaxy S25 FE-nin yeni render fotoları ortaya çıxıb

    Cihazlar+
    12.08.2025
    Emil Nəcəfov
         Samsung-un yaxın zamanda Galaxy S25 FE smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə internetdə bu smartfonun yeni render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, bu yeni smartfon xarici görünüşcə keçən ilki Galaxy S24 FE-dən ümumilikdə fərqlənməyəcək. Galaxy S25 FE modeli yastı gövdə dizaynını əldə edəcək və özündə üçlü arxa kameranı birləşdirəcək. Son məlumat sızıntılarına inansaq, Galaxy S25 FE smartfonu Exynos 2400e prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Galaxy S24 FE də bu prosessor vasitəsilə çalışır. Yeni smartfonun 2340x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü ekranı əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Tab S10 Lite 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb
    samsung-galaxy-tab-s10-lite-5g-nin-fotosu-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    Orta büdcəli Samsung Galaxy A17 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-samsung-galaxy-a17-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung 4 smartfonunun rəsmi dəstəyini dayandırıb
    samsung-4-smartfonunun-resmi-desteyini-dayandirib
    Samsung Odyssey G7 G75F gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-odyssey-g7-g75f-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S25 FE-nin bütün texniki imkanları açıqlanıb
    samsung-galaxy-s25-fe-nin-butun-texniki-imkanlari-aciqlanib