main-post-cover

    Samsung Galaxy Tab S10 Lite 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    07.08.2025
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy Tab S10 Lite 5G adlı yeni planşetini təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, sözügedən planşet Google Play Console-da ortaya çıxıb. Nəticədə planşetin fotosu və bəzi texniki imkanları yayılıb. Beləliklə Google Play Console-dakı məlumatlara əsasən Samsung-un bu yeni planşeti 2112x1320 piksel keyfiyyətli ekranla təchiz olunacaq və Samsung s5e8835 kod adlı prosessor vasitəsilə çalışacaq. Bu kod adı öz növbəsində Exynos 1380 prosessoruna işarə edir. Bundan əlavə olaraq planşet 6 GB RAM-ı əldə edəcək və özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Planşet qutudan Android 15-ə sahib olacaq. Planşetin Google Play Console-da ortaya çıxması onun yaxın zamanda təqdim olunacağına işarə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Samsung Galaxy A17 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-samsung-galaxy-a17-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung 4 smartfonunun rəsmi dəstəyini dayandırıb
    samsung-4-smartfonunun-resmi-desteyini-dayandirib
    Samsung Odyssey G7 G75F gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-odyssey-g7-g75f-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S25 FE-nin bütün texniki imkanları açıqlanıb
    samsung-galaxy-s25-fe-nin-butun-texniki-imkanlari-aciqlanib
    İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar
    it-nehengler-suni-intellekt-ile-bagli-iddiali-vedlerini-geri-cekmeye-baslayiblar