main-post-cover

    Samsung Galaxy Watch Ultra 2025 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    09.07.2025
    Emil Nəcəfov
         Samsung, Galaxy Unpacked tədbirində Galaxy Watch 8 və Watch 8 Classic modelləri ilə yanaşı yenilənmiş Galaxy Watch Ultra 2025 modelini təqdim etdi. Bu model daha böyük və daha möhkəm titan gövdəsi ilə seçilir. Funksionallıq baxımından Samsung Galaxy Watch Ultra 2025, Galaxy Watch 8 və Galaxy Watch 8 Classic-dən cüzi fərqlənir. Galaxy AI+ paketi süni zəka əsaslı köməkçiyə çıxış imkanı yaradır. İstifadəçi bu köməkçi ilə tam formatda dialoq apara, suallar verə və real vaxt rejimində cavablar ala bilər. Ağıllı saat yuxu, fiziki aktivlik, həmçinin yuxuda nəbz (SHR) və yuxuda nəbz sabitliyi (SHRV) göstəricilərini ölçməklə istifadəçinin məşqə nə dərəcədə hazır olduğunu müəyyən etməyə imkan verir.
         Samsung Galaxy Watch Ultra 2025 istifadəçisi məşqdən əvvəl 12 dəqiqəlik testdən keçərək 10 ballıq şkala üzrə qiymət alır və bu nəticəyə uyğun olaraq, fərdi məqsəd və xüsusiyyətləri nəzərə alan 160 fərdi məşq planı arasından uyğun proqram təqdim olunur. Məşqlərə davamlı motivasiya süni zəkaya əsaslanan və yaxın yeniləmədə təqdim ediləcək Running Insight funksiyası ilə təmin ediləcək. Samsung Galaxy Watch Ultra ürək-damar sisteminə nəzarət və elektrokardioqram çəkmə funksiyalarını dəstəkləyir, burada istifadəçinin gündəlik vərdişləri, fiziki aktivliyi və stress səviyyəsi nəzərə alınır. Hər hansı anomaliya və ya uzunmüddətli ürək döyüntüsü artımı aşkarlandıqda istifadəçiyə xəbərdarlıq göndərilir. Cihaz həmçinin antioksidant səviyyəsinin ölçülməsini və istifadəçinin sağlamlığına mənfi təsir göstərə bilən qlikasiya son məhsulları (AGEs) indeksinin hesablanmasını dəstəkləyir.
         Bu göstəricilər normanı aşdıqda, ağıllı saat istifadəçiyə qidalanma rejimini dəyişməyi tövsiyə edir. Samsung cihazları ilə inteqrasiya və servislərlə sinxronizasiya funksiyası dəstəklənir. Samsung Galaxy Watch Ultra 2025 modeli mavi, boz, qara və ağ rəngli titan gövdəyə malikdir. Ölçüləri 47.1 x 47.4 x 12.1 mm, çəkisi isə 60.5 qramdır. Saat IP68 MIL-STD-810H standartlarına uyğun qorunma təklif edir, duzlu suda 10ATM təzyiqə qədər tab gətirə bilir, ekstremal temperatur və yüksəkliyə davamlıdır. Cihaz 3 nanometrlik Exynos W1000 prosessoru ilə işləyir, 2 GB RAM 64 GB daxili yaddaş həcminə malikdir. 1.5 düym-lük ekranın maksimal parlaqlıq səviyyəsi isə 3000 nit təşkil edir. 590 mAh tutumlu batareya sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Samsung Galaxy Watch Ultra bu ayın sonunda satışa çıxacaq və onun qiyməti 649$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Watch 8 və Watch 8 Classic təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-watch-8-ve-watch-8-classic-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-z-fold-7-z-flip-7-ve-z-flip-7-fe-teqdim-olunub-qiymeti
    Samsung 3 cihazının rəsmi dəstəyini dayandırıb
    samsung-3-cihazinin-resmi-desteyini-dayandirib
    Samsung Galaxy S25 FE nazik gövdəni əldə edəcək
    samsung-galaxy-s25-fe-nazik-govdeni-elde-edecek
    Samsung-un ilk 3 qat qatlana bilən smartfonunun ilk təsvirləri təqdim olunub
    samsung-un-ilk-3-qat-qatlana-bilen-smartfonunun-ilk-tesvirleri-teqdim-olunub