
Samsung qatlana bilən Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarının istehsalına start verib
Cihazlar+
06.05.2025
Emil Nəcəfov
İnternetdə dəfələrlə 2025-ci ildə Samsung tərəfindən qatlana bilən Galaxy Z Fold 7 və Galaxy Z Flip 7 smartfonlarının satışa çıxacaqları ilə bağlı məlumatlar yayılıb. Nüfuzlu insayder PandaFlash bildirib ki, Samsung artıq Galaxy Z Fold 7, Galaxy Z Flip 7 smartfonlarının və onlara aid aksesuarların kütləvi istehsalına başlayıb. Digər mənbələrin məlumatına görə, Cənubi Koreya nəhəngi qlobal bazarda qatlana bilən smartfonlara maraqla bağlı proqnozunu yenidən gözdən keçirib və istehsal həcmini 40% azaltmaq qərarına gəlib.

Bu qərara əsasən, Galaxy Z Flip 7 modeli 3 milyon ədəd, Z Fold 7 isə cəmi 2 milyon ədəd istehsal ediləcək. Bundan əlavə, Samsung tərəfindən 2025-ci ilin sonuna doğru təqdim olunması gözlənilən iddialı üçqat qatlana bilən smartfonun satış həcmi cəmi 200 min ədəd olacaq. Bu isə yalnız alıcı marağının azalması ilə deyil, həm də bu cür cihazların yüksək qiyməti ilə bağlıdır. Müqayisə üçün, yeganə üçqat qatlana bilən smartfon olan Huawei Mate XT hazırda 3499 avro qiymətinə satılır.
Linki kopyala
samsung foldable phone 2025
samsung galaxy z fold 7
samsung galaxy z flip 7
samsung foldable phone
galaxy z fold 7
galaxy z flip 7
samsung
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir.
Samsung Galaxy Z Fold 7 birinci nəsil Galaxy Fold-dan 2 dəfə daha nazik ola bilər

Samsung Galaxy Z Fold 7 birinci nəsil Galaxy Fold-dan 2 dəfə daha nazik ola bilər
Samsung yeni bir rekorda imza atmağı planlaşdırır - Galaxy Z Fold 7 bazarda ən nazik qatlana bilən smartfon ola bilər.
Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş

Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş
Bir neçə müddət bundan öncə məhkəmə Google şirkətini antiinhisar qanunvericiliyini pozmaqda günahkar hesab etdi - şirkət öz axtarış sisteminin smartfon istehsalçıları tərəfindən əvvəlcədən quraşdırılması üçün onlara ödəniş edib.
OneUI 8.0-ı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı təqdim edilib

OneUI 8.0-ı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı təqdim edilib
Samsung OneUI 7.0 istifadəçi interfeysinin yayımı ilə bağlı vəziyyət hələ də gərgin olaraq qalır. Samsung prosesi məcburi şəkildə dayandırıb yenidən başladıqdan sonra həm flaqman, həm də orta seqment modelləri əhatə edən yenilənmiş qrafiki tez bir zamanda paylaşdı.
Samsung Galaxy cihazlarına Perplexity süni zəka köməkçisinin inteqrasiyası nəzərdən keçirilir

Samsung Galaxy cihazlarına Perplexity süni zəka köməkçisinin inteqrasiyası nəzərdən keçirilir
Samsung şirkəti Perplexity adlı süni zəka köməkçisinin Galaxy smartfon və planşetlərinə mümkün inteqrasiyası ilə bağlı danışıqlara başlayıb. Bu addım, Galaxy cihazlarında əsas yer tutan Google-un Gemini köməkçisinə əlavə olaraq əhəmiyyətli bir yenilik ola bilər.
Həftənin xəbərləri

