
Samsung yeni təqdimat tədbiri Samsung Event-i anons edib
Cihazlar+
28.08.2025
Emil Nəcəfov
Samsung şirkəti Galaxy Event adlı yeni təqdimat tədbirini anons edib. Sözügedən təqdimat tədbiri 4 sentyabr tarixində baş tutacaq. Təqdimat onlayn formatda keçiriləcək. Şirkət tədbirdə Galaxy S25 seriyasının ən yeni modelini və premium süni intellekt planşetlərini təqdim edəcəyini vəd edib. Güman edilir ki, söhbət Samsung Galaxy S25 FE smartfonundan, həmçinin Galaxy Tab S11 və Galaxy Tab S11 Ultra planşetlərindən gedir. Koreyalı istehsalçı həmçinin bildirib ki, tədbirin ərəfəsində Berlində keçiriləcək IFA 2025 sərgisi çərçivəsində mətbuat konfransı da təşkil olunacaq - sərgi 5 sentyabrda açılacaq. Anonsu gözlənilən cihazların sayını şirkət açıqlamayıb, lakin öz saytında və ya Shop Samsung tətbiqində ən son Galaxy Tab cihazlarını sifariş edən hər kəsə 50$ məbləğində endirim ediləcəyini bildirib. Bu vəsaiti şirkətin brend smartfonlarına, planşetlərinə, ağıllı üzüklərinə və saatlarına, qulaqlıqlarına, kompüterlərinə və aksesuarlarına xərcləmək mümkün olacaq - lakin sifariş edilən cihazın özünə tətbiq olunmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung yeni reklam videosu ilə Apple-ı yenidən trollayıb (VİDEO)

Samsung yeni reklam videosu ilə Apple-ı yenidən trollayıb (VİDEO)
Samsung şirkəti “A Real Upgrade” adlı reklam videosu yayımlayıb. Koreya şirkətinin fikrincə, həqiqi yeniləmə Galaxy Z Fold 7-dir - qatlana bilən gövdəsi və iPhone-da hələ də mövcud olmayan inkişaf etmiş süni intellekt imkanları ilə.
Büdcəli Samsung Galaxy A07 təqdim olunub - QİYMƏTİ

Büdcəli Samsung Galaxy A07 təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy A07-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta həcmli batareyanı əldə edib.
Samsung Galaxy Buds3 FE naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Samsung Galaxy Buds3 FE naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Samsung rəsmi olaraq yeni naqilsiz qulaqlığı - Galaxy Buds3 FE modelini təqdim etdi. Galaxy Buds3 FE genişləndirilmiş səsgücləndirici ilə təchiz olunub ki, bu da daha zəngin və həcmli səs təmin edir.
Samsung Galaxy Tab S10 Lite planşetinin yeni render fotoları ortaya çıxıb

Samsung Galaxy Tab S10 Lite planşetinin yeni render fotoları ortaya çıxıb
Samsung şirkəti Galaxy Tab S10 Lite adlı yeni planşetini təqdim etməyə hazırlaşır. İndi isə bu planşetin yeni render fotoları ortaya çıxıb.
Samsung 2026-cı ildə öz ağıllı eynəyini satışa çıxara bilər

Samsung 2026-cı ildə öz ağıllı eynəyini satışa çıxara bilər
Cənubi Koreya mənbələrinə əsasən, Samsung, Android XR platformasındakı Project Moohan XR cihazına əlavə olaraq, 2026-cı ilin sonunda kütləvi bazar üçün daha sadə ağıllı eynək istehsalına başlamağı planlaşdırır.
Həftənin xəbərləri

