main-post-cover

    Huawei dünyanın ilk 10 Gbit sürətli internetini istifadəyə verib

    Elm & Texnologiya
    21.04.2025
    Emil Nəcəfov
         Çində ilk dəfə olaraq bir şəhər təxminən 10 000 Mbit/s sürətində olan genişzolaqlı internetə keçid edib. Bu uğura paytaxt Pekinin ətrafında yerləşən Syun’an adlı yaşayış məntəqəsi nail olub. Mydrivers saytında dərc olunmuş məlumata əsasən, bu, Çində istifadəyə verilmiş ilk 10G genişzolaqlı şəbəkədir. Jurnalistlər bildiriblər ki, Huawei China Unicom telekommunikasiya şirkətinin birgə səyləri nəticəsində Hebey əyalətində yerləşən bu şəhərdə adi vətəndaşlar üçün əvvəllər əlçatan olmayan sürətdə internet istifadəyə verilib. Telekommunikasiya şirkətlərinin fəaliyyəti nəticəsində 50G PON texnologiyasından istifadə etməklə şəbəkə üzərindən yükləmə sürəti 9834 Mbit/s-ə qədər çatdırılıb.
         Bu nailiyyət, fiberoptik bağlantının əsas arxitekturasında edilən ciddi təkmilləşdirmələr sayəsində mümkün olub. Halbuki, əvvəllər bu tip şəbəkələr maksimum giqabit səviyyəsində məlumat ötürməyə imkan verirdi. Eyni zamanda, yükləmə və göndərmə sürətlərinin artması ilə yanaşı, şəbəkədaxili gecikmələr də azalıb və artıq millisaniyə səviyyəsinə düşüb. Son ölçmələrə görə, məlumat ötürmə sürəti indi 1 008 Mbit/s təşkil edir, serverə qoşulma ping göstəricisi isə 3 millisanəyəyə bərabər olub. Mydrivers ekspertlərinin yekun şərhində qeyd olunur ki, yeni texniki təkmilləşdirmələr təkcə yeni sürətlər deyil, həm də inqilabi həyat tərzi gətirib.
    Mənbə: Mydrivers
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin Yer ilə Ay arasında ilk peyk əsaslı rabitə və naviqasiya sistemini yaradıb
    cin-yer-ile-ay-arasinda-ilk-peyk-esasli-rabite-ve-naviqasiya-sistemini-yaradib
    Çində insanların və robotların iştirakı ilə yarımarafon keçirilib (VİDEO)
    cinde-insanlarin-ve-robotlarin-istiraki-ile-yarimarafon-kecirilib-video
    Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
    nike-isitme-sistemine-sahib-agilli-idman-ayaqqabisini-teqdim-edib-qiymeti
    ABŞ-ın hava hücumundan müdafiə sistemi ilə Elon Musk və digərləri məşğul ola bilər
    abs-in-hava-hucumundan-mudafie-sistemi-ile-elon-musk-ve-digerleri-mesgul-ola-biler
    XPeng yenilənmiş Iron robotunu təqdim edib
    xpeng-yenilenmis-iron-robotunu-teqdim-edib