main-post-cover

    Samsung Galaxy A17 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    23.07.2025
    Emil Nəcəfov
         Samsung şirkəti orta büdcəli Galaxy A17 5G smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Bu isə onun bəzi özəlliklərini ortaya çıxarıb. Geekbench-in məlumatlar bazasına əsasən Galaxy A17 5G-in prosessoru özündə 2 ədəd 2.4 GHz tezlikli nüvəni və 6 ədəd 2.0 GHz tezlikli nüvəni birləşdirir. Onun qrafik imkanlarından isə ARM Mali-G68 qrafik çipi cavabdehdir. Bütün bunlar Exynos 1330 prosessoruna işarə edir. Geekbench testlərindən Galaxy A17 5G-nin 6 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 942 xal, çoxnüvəli testi çərçivəsində isə 2137 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 8-in gövdəsi daha qalın ola bilər
    samsung-galaxy-z-fold-8-in-govdesi-daha-qalin-ola-biler
    Orta büdcəli Samsung Galaxy F36 5G təqdim edilib - QİYMƏTİ
    orta-budceli-samsung-galaxy-f36-5g-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Tab S11 Ultra planşetinin ilk render fotosu təqdim edilib
    samsung-galaxy-tab-s11-ultra-plansetinin-ilk-render-fotosu-teqdim-edilib
    Samsung yeni S Pen stilus texnologiyası üzərində çalışır
    samsung-yeni-s-pen-stilus-texnologiyasi-uzerinde-calisir
    Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
    samsung-galaxy-s25-fe-nin-iki-vacib-ozelliyi-aciqlanib