main-post-cover

    Vivo Pad 5 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.04.2025
    Emil Nəcəfov
          Vivo şirkəti öz yeni flaqman planşetini təqdim edib. Söhbət, Vivo Pad 5 Pro-dan gedir. Sözügedən yeni planşet böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib. Beləliklə Vivo Pad 5 Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3.1K keyfiyyətli 13 düym ölçülü IPS LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Planşetin gövdə qalınlığı 6.07 mm, çəkisi isə 635 qram təşkil edir. Lakin şirkət planşetin daha nazik və yüngül versiyasını da təqdim edib.
         Onun gövdə qalınlığı 5.96 mm, çəkisi isə 578 qram təşkil edir. Beləliklə Vivo Pad 5 Pro planşeti MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışır 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 66 vatt gücündə sürətli şarj texnologiyalı 12050 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Pad 5 Pro artıq Çində satışa çıxıb. Onun adi versiyasının qiyməti 419$-dan, nazik və yüngül gövdəli versiyasının qiyməti isə 545$-dan start götürür.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    vivo-x200-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo X200s flaqman smartfonu təqdim olunub - QİYMƏTİ
    vivo-x200s-flaqman-smartfonu-teqdim-olunub-qiymeti
    Apple Çin bazarını itirməyə davam edir
    apple-cin-bazarini-itirmeye-davam-edir
    Orta büdcəli Vivo V50e smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-v50e-smartfonu-teqdim-edilib-qiymeti
    7000 mAh-dan böyük həcmli batareyaya sahib orta büdcəli Vivo Y300 Pro+ təqdim edilib - QİYMƏTİ
    7000-mah-dan-boyuk-hecmli-batareyaya-sahib-orta-budceli-vivo-y300-pro-teqdim-edilib-qiymeti