
Xiaomi 4K Monitor A27Ui monitoru təqdim edilib
Cihazlar+
11.04.2025
Emil Nəcəfov
Xiaomi şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Xiaomi 4K Monitor A27Ui adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 360 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 6 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə HDMI, DisplayPort və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Xiaomi 4K Monitor A27Ui-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi MIX Flip 2-nin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub

Xiaomi MIX Flip 2-nin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub
Xiaomi şirkəti yeni qatlana bilən qapaqlı smartfonu MIX Flip 2-ni təqdim etməyə hazırlaşır. Bu barədə məlumat 3C sertifikatlaşdırma bazasında ortaya çıxıb - cihaz 2505APX7BC texniki nömrəsi ilə qeydə alınıb.
Büdcəli POCO C71 smartfonu təqdim edilib - QİYMƏTİ

Büdcəli POCO C71 smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C71-dən gedir. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Büdcəli REDMI A5 4G smartfonu təqdim edilib - QİYMƏTİ

Büdcəli REDMI A5 4G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi REDMI A5 4G adlı yeni büdcəli smartfonunu təqdim edib. REDMI-nin bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib.
POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi qlobal bazarda iki yeni flaqman smartfonunu təqdim edib. Söhbət, POCO F7 Pro və F7 Ultra modellərindən gedir. Bu smartfonlar xarici görünüşcə oxşar olsalar da bəzi texniki imkanlar baxımından bir-birindən fərqlənirlər.
REDMI G27Q 240 Hz gaming monitoru təqdim edilib - QİYMƏTİ

REDMI G27Q 240 Hz gaming monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI G27Q 240 Hz adlanır.
Həftənin xəbərləri

